Rusiya elitası Putini şeytan, Medvedevi çırtdan adlandırır
Tarix: 27-03-2023 12:00 | Bölmə: Siyasət
Rusiya elitası Putini şeytan, Medvedevi çırtdan adlandırır

"Rusiyanın keçmiş senatoru, iş adamı Fərhad Əhmədovla prodüser İosif Priqojinə aid hesab edilən telefon danışığının yayılması başa çatan həftənin siyasi sensasiyasıdır. Prodüser İosif Priqojin səs yazısının ona aid olduğunu təkzib etməyə çalışsa da, Fərhad Əhmədov hələ ki, təkzib etməyib. Səs yazısında elə məqamlar var ki, bu, yayılan audionun gerçək olduğu qənaətini gücləndirir".

Bunu Reyting.az-a politoloq Xəqani Cəfərli deyib.

Onun sözlərinə görə, Kreml rejiminin başçısı Putini şeytan adlandıran həmsöhbətlər ona lənət oxuyurlar. Səs yazısında çırtdan (liliput) deyilən şəxs isə Medvedevdir.

X. Cəfərli bildirib ki, söhbət zamanı F. Əhmədov Rusiyada faşizmin və hərbi diktaturanın qalib gələcəyini də ehtimal edir. Halbuki, Rusiya beynəlxalq təşkilatlar tərəfindən artıq terroru himayə edən dövlət, Putin rejimi isə terrorçu hesab olunur.

Politoloqun fikrincə, bu audio Moskvanın siyasi, biznes və incəsənət elitasında hökm sürən əsəbiliyi aydın göstərir. Bu əsəbi mühit hökmən hansısa nəticələr doğuracaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}