Milli Məclisin üzvləri İsrailə gedir
Tarix: 27-03-2023 16:34 | Bölmə: Siyasət
Milli Məclisin üzvləri İsrailə gedir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov sabah İsrailin Tel-Əviv şəhərinə səfər edəcəklər.

Reyting.az
xəbər verir ki, səfər çərçivəsində Milli Məclisin deputatları İsrail Dövlətində Azərbaycan Respublikasının səfirliyinin açılması mərasimində iştirak edəcəklər.

Səfər martın 30-da başa çatacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}