BMT TŞ Rusiya və Çinin qətnaməsini qəbul etməyib
Tarix: 28-03-2023 00:31 | Bölmə: Siyasət
BMT TŞ Rusiya və Çinin qətnaməsini qəbul etməyib

BMT Təhlükəsizlik Şurası (TŞ) “Şimal axını”nda təxribatla bağlı beynəlxalq araşdırmaya dair Rusiya-Çin qətnaməsini dəstəkləməyib. Reyting.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya, Çin və Braziliya qətnaməyə səs versələr də, Albaniya, Böyük Britaniya, Qabon, Qana, Malta, Mozambik, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Fransa, İsveçrə, Ekvador və Yaponiya bitərəf qalıblar.

Qətnaməni Belarus, Venesuela, Şimali Koreya, Nikaraqua, Suriya və Eritreya da dəstəkləyib. Lakin onlar BMT Təhlükəsizlik Şurasının üzvü deyillər və səsvermədə iştirak etməyiblər.

Qeyd edək ki, söhbət “Şimal axını-1” və “Şimal axını-2” neft kəmərlərində törədilmiş diversiyanın beynəlxalq təhqiqatından gedir. Bununla bağlı hərtərəfli, şəffaf və qərəzsiz araşdırma tələb olunur.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}