Maduro: “Qərb Ukrayna münaqişəsini genişləndirməyə çalışır”
Tarix: 28-03-2023 08:02 | Bölmə: Siyasət
Maduro: “Qərb Ukrayna münaqişəsini genişləndirməyə çalışır”

Venesuela prezidenti Nikolas Maduro Qərbin Ukraynada hərbi qarşıdurmanı daha da gərginləşdirməyə çalışmasının aşkar göründüyünü açıqlayıb.

Reyting.az
xarici elektron media resurslarına istinadla xəbər verir ki, Venesuela prezidenti bu barədə Çinin səfiri ilə bərabər qatıldığı mərasmdə bəyan edib:

“Biz imperializmin, onun Avropadakı müttəfiqlərinin geosiyasi məkanda hərəkətləri barədə kifayət dərəcədə məlumatlıyıq. Düşünürəm ki, bunu dünyada hamı görür. Onların məqsədi Ukrayna münaqişəsinin coğrafiyasını genişləndirmək, onu Rusiya ərazisinə keçirmək və bu müharibəni nüvə silahının tətbiqi səviyyəsinə çatdırmaqdır”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}