Saakaşviliyə mükafat verən ölkənin səfiri XİN-ə çağırılıb
Tarix: 28-03-2023 17:43 | Bölmə: Siyasət
Saakaşviliyə mükafat verən ölkənin səfiri XİN-ə çağırılıb
M. Saakaşvili

Norveç Gürcüstanın eks-prezidenti Saakaşviliyə mükafat verdikdən sonra bu ölkənin Tbilisidəki səfiri Helen Sanda xəbərdarlıq edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Gürcüstanın “Rustavi-2” telekanalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, üç gün bundan əvvəl Osloda Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili demokratiya və insan haqları sahəsində nailiyyətlərinə görə Syur Lindebrekk adına mükafatla təltif olunub. Bununla bağlı Norveçin Tbilisidəki səfiri Helen Sand Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib.

Telekanal xəbər verir ki, norveçli diplomat bu saatlarda XİN-nin binasını tərk etsə də, insidentlə bağlı jurnalistlərə heç bir açıqlama verməyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}