Partiya sədri: “Fazil Mustafaya qarşı terror aktını pisləyirəm”
Tarix: 29-03-2023 11:11 | Bölmə: Siyasət
Partiya sədri: “Fazil Mustafaya qarşı terror aktını pisləyirəm”

“Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafaya qarşı törədilmiş terror aktını şiddətlə pisləyirəm”.

Bunu Reyting.az-a Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib.

T. Qənioğlu ümid edir ki, müvafiq dövlət qurumları bu ağır cinayətini törədənləri və onun sifarişçilərini tezliklə müəyyənləşdirib, layiq olduqları cəzanı verəcək.

Partiya sədri sonda həmkarına Allahdan şəfa diləyib, tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, Milli Məclisin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F. Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}