Rusiya İran ilə Azərbaycan arasındakı problemlərin həllinə kömək etməyə hazırdır
Tarix: 29-03-2023 19:57 | Bölmə: Siyasət
Rusiya İran ilə Azərbaycan arasındakı problemlərin həllinə kömək etməyə hazırdır
Sergey Lavrov

Rusiya ümid edir ki, İranla Azərbaycan arasındakı gərginlik müvəqqəti xarakter daşıyır və tezliklə aradan qaldırılacaq. Reyting.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

Rusiyanın baş diplomatı ümid edir ki, Bakı və Tehran arasında münasibətlərdəki mövcud gərginlik ən qısa zamanda aradan qaldırılacaq.

Onun sözlərinə görə, bu çətinliklərin aradan qaldırılması Rusiya, İran və Azərbaycanın iştirakı ilə, o cümlədən “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı çərçivəsində mühüm layihələrin həyata keçirilməsi” kontekstində üçtərəfli əməkdaşlığın təşviqinə kömək edəcək. “Biz dostlarımıza mövcud problemlərin həllində kömək etməyə hazırıq”, - deyə Lavrov yekunlaşdırıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər