Ərdoğan tez bir zamanda Rusiya ilə Ukrayna arasında danışıqlar təşkil etmək istəyir
Tarix: 29-03-2023 23:06 | Bölmə: Siyasət
Ərdoğan tez bir zamanda Rusiya ilə Ukrayna arasında danışıqlar təşkil etmək istəyir

Ankara Moskva ilə Kiyev arasında danışıqları mümkün qədər tez təşkil etməyi istəyir. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan macarıstanlı həmkarı Katalin Novakla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyə prezidenti bildirib ki, danışıqlar masası arxasında, həm də mümkün qədər tez Ukrayna və Rusiya arasında sülhün bərqərar olmasını istəyirik.

O, Türkiyənin İstanbul şəhərində danışıqları bərpa etmək istəyindən də danışıb.

Xatırladaq ki, bundan əvvəl İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin bir neçə görüşü olub.

Onu da qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi Moskvanın müəyyən şərtlər daxilində münaqişənin sülh yolu ilə həllinə hazır olduğunu bildirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər