Azərbaycanla İran arasında vasitəçiyə ehtiyac yoxdur - Politoloq
Tarix: 30-03-2023 09:30 | Bölmə: Siyasət
Azərbaycanla İran arasında vasitəçiyə ehtiyac yoxdur

"Rusiya İranla Azərbaycan arasında vasitəçi ola bilərmi? Bu sual Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iranlı həmkarı Hüseyn Əmir Abdullahianla Moskvada birgə keçirdiyi mətbuat konfransından sonra aktuallaşıb.

Birincisi, Lavrov Bakı-Tehran münasibətlərindəki gərginliyin müvəqqəti xarakter daşıyacağına ümid etdiyini bildirib.

İkincisi, Lavrov İranla Azərbaycan arasında gərginliyin azalması üçün vasitəçi ola biləcəyinə eyham vurub".


Bunu Reyting.az-a politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Kreml necə ki, Azərbaycanla Ermənistan arasında “vasitəçilik” edir, eynisini də Azərbaycanla İran üçün təklif edir:

"Rusiyanın vasitəçiliyi heç zaman Azərbaycanın xeyrinə olmayıb. Azərbaycanla İran arasında vasitəçiyə ehtiyac yoxdur. İran Azərbaycana qarşı təxribatlarını dayandırsın, səfirliyimizə edilən hücumu araşdırmağa başlasın və bu haqda Bakını məlumatlandırsın, bu halda gərginlik azalar. Ancaq Tehran bunların heç birini etmir”.

E. Şahinoğlunun fikrincə, Rusiya Azərbaycanla İran arasında vasitəçi olarsa, Tehranı vacib addımları atmağa məcbur etməyəcək, əksinə, İranla əlbir olub Azərbaycana qarşı təzyiqi artıracaq.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}