Lavrov Qarabağdakı vəziyyəti Türkiyədə müzakirə edəcək
Tarix: 30-03-2023 16:32 | Bölmə: Siyasət
Lavrov Qarabağdakı vəziyyəti Türkiyədə müzakirə edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.

Rusiya KİV-lərinin məlumatına görə, bu barədə XİN-nin nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

M. Zaxarova deyib ki, S. Lavrovun Türkiyəyə səfəri aprelin 6-7-də baş tutacaq.

Zaxarova Rusiya XİN başçısının türkiyəli həmkarının dəvəti ilə bu ölkəyə səfər edəcəyini və səfər çərçivəsində baş tutacaq danışıqlarda ikitərəfli münasibətlərin müzakirə olunacağını, Suriya, Ukrayna və Qarabağdakı hazırkı vəziyyətlə bağlı fikir mübadiləsi aparılacağını qeyd edib.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}