Etiraz aksiyası: ekofəallar 110 gündür Laçın-Xankəndi yolunda tələblər səsləndirir
Tarix: 31-03-2023 08:03 | Bölmə: Siyasət
Etiraz aksiyası: ekofəallar 110 gündür Laçın-Xankəndi yolunda tələblər səsləndirir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Reyting.az
xəbər verir ki, ictimai fəallar hava şəraitinin soyuq və küləkli olmasına baxmayaraq, aksiyanı gecəboyu da davam etdiriblər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb və 110 gündür davam edir.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}