Ermənilərin göz bəbəyi kimi qorduğu abidə Azərbaycanın nəzarətinə keçib
Tarix: 31-03-2023 11:35 | Bölmə: Siyasət
Ermənilərin göz bəbəyi kimi qorduğu abidə Azərbaycanın nəzarətinə keçib

"Ermənilərin Qarabağda bizə "göz dağı" kimi saxladıqları və göz bəbəyi kimi qoruduğu “Azad Artsax Sizi Salamlayır" məşhur afişası və ətraf ərazilər Azərbaycan dövlətinin nəzarətinə qaytarılıb".

Bunu Reyting.az-a Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi deyib.

Mərkəz direktoru əlavə edib ki, erməni millətçiləri və erməni mediası bu afişaya bir "abidə" kimi baxırdı: "İndi onun ətraf əraziləri ilə birlikdə itirilməsini Qarabağ erməniləri üçün böyük itki kimi qiymətləndirir".

Alim deyib ki, artıq qondarma "Artsax"ın simvolu hesab edilən "Dedo Babo" adlanan "Nənə və baba" heykəli də hədəfimizdədir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}