Professor: "Nərimanovun tarixi roluna münasibət..."
Tarix: 04-04-2023 09:58 | Bölmə: Siyasət
Professor: "Nərimanovun tarixi roluna münasibət..."
Nəsib Nəsibli


"Nəriman Nərimanovun tarixi roluna münasibət dostlarımızın nə qədər istiqlalçı, nə qədər demokrat, nə qədər sorğulama qabiliyyətinə malik və haqqaniyyət tərəfdarı - ən önəmlisi, tarix şüurunun hansı səviyyədə olmasının göstəricisidir".

Bunu Reyting.az-a professor Nəsib Nəsibli deyib.

N. Nəsibli xatırladıb ki, M. Ə. Rəsulzadənin N. Nərimanov şəxsiyyətini xarakterizə edən fikrini əsas götürmək olar.

O, M. Ə. Rəsulzadənin fikrini mübahisə tərəflərinin diqqətinə çatdırıb:

“Nəriman Azərbaycanın bütün fəlakətlərində iştirak etdi. On minlərlə edamlara imza atdı. Azərbaycanın bütün haqq və sərvətini Moskvaya hədiyyə elədi. Azərbaycanın şərəf, namus və heysiyyətini ləkələyən saysız “müqavilələr” imzaladı. Və bunları edərkən “əzab çəkdiyini” söylədi. Fəqət, istefa vermədi. Çünki xəstə idi. Mövqe, sandalya xəstəsi idi”.

Daha sonra N. Nəsibli bildirib ki, 32 il əvvəl Nərimanov haqqında məqaləsində fikrini yazıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər