Donald Tramp barəsində həbs qərarı ləğv olunub - (Yenilənib+)
Tarix: 04-04-2023 23:41 | Bölmə: Siyasət
Donald Tramp barəsində həbs qərarı ləğv olunub - (Yenilənib+)

ABŞ-ın keçmiş prezidenti Donald Tramp qiyabi həbs olunub.

Reyting.az
CNN-ə istinadla xəbər verir ki, D. Trampa qarşı həbs cəzası ittiham irəli sürülənədək davam edəcək. Trampın yarım saat ərzində məhkəməni sərbəst tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, həbs onun həbsxanaya salınması deyil. Təqsirləndirilən şəxs yalnız ittiham irəli sürülən zaman həbsdə qalır.

Tramp əvvəllər həbslə nəzərdə tutulan faktiki olaraq bütün əlavə prosedurlardan azad edilib. Onun əlləri qandallanmayacaq, iş materialları üçün şəkli çəkilməyəcək, sabiq dövlət başçısının barmaq izləri əvvəlcədən götürülüb.

Daha əvvəl “Yahoo News” portalı prokurorluqdakı mənbələrə istinadla məlumat yayıb ki, Trampa qarşı qaldırılacaq 34 bəndlik ittihamların hər biri 4 ilədək həbs cəzası ehtimalını ehtiva edir.

***

ABŞ-ın sabiq prezidenti Donald Tramp barədə həbs qərarı ləğv edilib və o, məhkəmə binasını tərk edib.

“Reuters”in məlumatına görə, Manhetten prokurorluğu Tramp barədə 34 bənddən ibarət ittiham aktını dərc edib.

***

ABŞ-ın sabiq prezidenti D. Trampa qarşı növbəti məhkəmə iclası dekabrın 4-də keçiriləcək.

CNN-nin məlumatına görə, işə 2024-cü ilin yanvarında baxıla bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər