İranın Azərbaycandakı Səfirliyinin 4 əməkdaşı "persona-non-qrata" elan olunub
Tarix: 06-04-2023 16:23 | Bölmə: Siyasət
İranın Azərbaycandakı Səfirliyinin 4 əməkdaşı "persona-non-qrata" elan olunub

Bu gün İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Reyting.az
XİN-ə istinadla bildirir ki, görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.

İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}