Lavrov Türkiyəyə gəlib, Cənubi Qafqaz məsələsi də müzakirə olunacaq
Tarix: 06-04-2023 20:06 | Bölmə: Siyasət
Lavrov Türkiyəyə gəlib, Cənubi Qafqaz məsələsi də müzakirə olunacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankaraya iki günlük səfərə gəlib.

Reyting.az
Rusiya KİV-lərinə istinadla xəbər verir ki, aprelin 7-də Sergey Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqları planlaşdırılır.

Nazirlərin Ukrayna böhranı ətrafındakı vəziyyəti və əvvəllər Moskvanın 120 gün əvəzinə 60 gün uzatdığı "taxıl sazişi”nin icrasını müzakirə edəcəklər.

Görüşdə digər regional məsələlərə də toxunulacaq, o cümlədən ikitərəfli münasibətlərin normallaşdırılması məsələsi də müzakirə olunacaq.

Rusiyanın yardımı ilə Türkiyə-Suriya münasibətləri, o cümlədən Cənubi Qafqaz, Orta Asiya, Şimali Afrika və Yaxın Şərqdəki vəziyyət ətrafında fikir mübadiləsi aparılacaq.

Danışıqlarda xüsusi diqqətin Rusiya ilə Türkiyə arasında ticarət-iqtisadi əməkdaşlığa, xüsusilə enerji sektoruna ayrılacağı gözlənilir: “Türk axını” qaz kəmərinin istismarı və Akkuyu atom elektrik stansiyasının tikintisi.

Daha əvvəl bildirilib ki, “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərində baş verən partlayışlardan, həmçinin Yamal-Avropa qaz kəməri ilə nəqlin dayandırılmasından sonra Rusiyaya Avropaya qaz nəqli üçün yeni marşrut lazımdır. Hələlik heç bir Avropa ölkəsi layihəyə maraq göstərməyib. Bundan əlavə, Türkiyədə qaz qovşağının tikintisi ilə bağlı müzakirələr gedir, lakin danışıqlar daim təxirə salınır.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}