12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qədim dünyanın yeni xəritəsi yaradılıb
Tarix: 17-08-2024 07:47 | Bölmə: Slayd
Qədim dünyanın yeni xəritəsi yaradılıb

Eramızın əvvəllərində dünyanın ümumi mənzərəsi necə olub? Alimlər bu suala aydınlıq gətirmək üçün xəritə hazırlayıblar.

Reyting.az
xəbər verir ki, qədim dövrə aid yeni xəritə 1-ci minilliyin əvvəllərində, yəni 1-ci əsrdən 3-cü əsrə qədər olan geosiyasi mənzərəni təsvir edir. O, Aralıq dənizi boyunca Avropa və Şimali Afrikaya uzanan Roma imperiyasını, onun geniş infrastrukturunu simvolizə edən yolları və şəhərlər şəbəkəsini göstərir. Xəritə Parfiya imperiyasının siyasi mərkəzi Farsda olmaqla Yaxın Şərqin çox hissəsini əhatə edir. O dövrləri ehtiva edən xəritədən aydın olur ki, 1-ci əsrdən 3-cü əsrə qədər Şərqdə mövcud olan Kuşan Krallığı, qüdrətli Han imperiyasının geniş əraziləri müasir Çinin çox hissəsidir.

Alimlərin yeni tərtib etdiyi qədim xəritədə İpək yolunun mürəkkəb marşrutları tam təfərrüatlı şəkildə göstərilməklə, böyük dövlətlər arasındakı ticarətin əhəmiyyəti də xüsusi vurğulanır. Bu marşrutlar təkcə toxuculuq, ətir, ədviyyat, qiymətli daşlar kimi malların mübadiləsinə deyil, həm də müxtəlif ideya və mədəni ənənələrin yayılmasına şərait yaradıb.

Xəritədə qeyd olunan dəniz marşrutları Aralıq dənizində və Hind okeanı boyunca inkişaf edən dəniz ticarətini göstərir.

Bütövlükdə götürdükdə bu tarixi xəritə hətta bir çox qeyri-dəqiqlikləri olsa belə, yenə də sivilizasiyaların daimi hərəkəti və əsrlər boyu müxtəlif sahələrdə qarşılıqlı əlaqələri ilə xarakterizə olunan mürəkkəb bir tarixə işıq salır.

Tarixi qədim olan, həmçinin böyük tarixi dövrləri təsvir edən, alimlər tərəfindən yaradılmış bu yeni xəritə elmi tədqiqatlar baxımdan dəyərli material olaraq həm də müasir imperiyaların və mədəniyyətlərin ticarət, işğal, sosial inkişaf və miqrasiya vasitəsilə bir-birinə bağlı olduğu keçmiş dünyanın mənzərəsini dolğun şəkildə təqdim edir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər