Leninin heykəlini şəhər kənarına köçürürlər - Foto
Tarix: 09-06-2025 17:50 | Bölmə: Xəbərlər
Leninin heykəlini şəhər kənarına köçürürlər

Qırğızıstan hökuməti mübahisəli heykəllə bağlı qərar verib. Sovet dövründə Oş şəhərinin mərkəzi meydanında ucaldılan Vladimir İliç Leninin heykəli sökülüb.

Reyting.az
"Tengrinews"-ə istinadla xəbər verir ki, sosial şəbəkələrdə həmin söküntü işləri və heykəlin yerdə uzanan fotoları yayılıb.

Məlumata görə, Leninin heykəli iyunun 7-də şəhər meriyasının qərarı ilə sökülüb. Bundan sonra isə Oş şəhəri bələdiyyəsinin mətbuat xidməti aparılan söküntü işləri ilə bağlı məlumat yayıb.



Bildirilir ki, heykəlin yerində abadlıq işləri aparılacaq və bayraq dirəyi quraşdırılacaq. Yeni layihəyə görə bayraq dirəyinin hündürlüyü 95 metr olmalıdır. Leninin heykəlini isə şəhər kənarındakı parklardan birində ucaldacaqlar.

Qeyd edək ki, Bolşevik Rusiyasının qurucusu Vladimir Leninin Oşdakı heykəli Orta Asiyanın ən hündür, 25 metrlik heykəli olub və 1975-ci ildə ucaldılıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
Bu gün, 07:58 Kiyev niyə uduzur?