Putin və Tramp arasında razılaşma əldə olunub
Tarix: 12-02-2025 21:10 | Bölmə: Slayd
Putin və Tramp arasında razılaşma əldə olunub

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefonla danışıb.

Reyting.az
bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

D. Peskov deyib ki, söhbət təxminən bir saat yarım davam edib:

"Putin və Tramp Yaxın Şərq nizamlanması və Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətləri müzakirə ediblər. Putin Trampı Moskvaya dəvət edib".

Peskovun sözlərinə görə, Putin və Tramp telefon danışığında şəxsi görüşün təşkili barədə razılığa gəliblər.

Putin Trampla razılaşıb ki, Ukraynada uzunmüddətli nizamlanmaya danışıqlar yolu ilə nail olmaq mümkündür.

Peskov qeyd edib ki, Putin və Tramp Rusiya və ABŞ vətəndaşlarının mübadiləsini müzakirə ediblər, Vaşinqton əldə olunan razılaşmaların yerinə yetirilməsinə zəmanət verib.

Putin Trampın birgə işləməyin vaxtının gəlib çatdığı tezisini dəstəkləyib.

"Putin Trampa Amerika rəsmilərini Rusiya Federasiyasında, o cümlədən Ukrayna mövzusu ilə bağlı qəbul etməyə hazır olduğunu bildirib", - deyə Kremlin sözçüsü əlavə edib.

Onu da qeyd edək ki, bu, Rusiya və ABŞ liderləri arasında son üç ildə ilk telefon danışığıdır. Rusiya prezidenti sonuncu dəfə Trampın sələfi Co Baydenlə eyni gündə - 2022-ci il fevralın 12-də danışıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər