İlham Əliyev Milli müdafiə komissiyasının sədrini qəbul edib
Tarix: 21-02-2025 10:28 | Bölmə: Slayd
İlham Əliyev Milli müdafiə komissiyasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarı qəbul edib.

Reyting.az
xəbər verir ki, söhbət zamanı iki ölkə arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi məmnunluqla qeyd olunub.

Hulusi Akar dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.




Bölməyə aid digər xəbərlər