12:35 / 27-04-2025
Sabah yağış yağacaq
Bakıda universitetdə axşam dərsləri təxirə salınıb
Tarix: 21-02-2025 14:51 | Bölmə: Cəmiyyət
Bakıda universitetdə axşam dərsləri təxirə salınıb

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində axşam dərsləri təxirə salınıb.

Reyting.az
Modern.az-a istinadən xəbər verir ki, buna səbəb hava şəraiti olub.

Ali təhsil müəssisəsi saytın sorğusuna cavab olaraq məlumatı təsdiq edib.

Qeyd edilib ki, 16:00-dan sonra hava şəraiti ilə əlaqədar olaraq dərslər keçirilmir, axşam dərsləri isə təxirə salınıb.

Həmçinin ADA Universitetinin kampusu açıq olsa da, hava şəraiti ilə bağlı əməkdaşların evdən işləməsinə, dərslərin isə onlayn formatda keçirilməsinə icazə verilib.

Bildirilib ki, tələbələrin kampusa gəlməsi ilə bağlı heç bir qadağa və ya məhdudiyyət tətbiq edilmir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:35 Sabah yağış yağacaq
23-04-2025, 12:45 Sabah yağış yağacaq
23-04-2025, 09:51 Çaylarda sululuq artıb