ABŞ dövlət katibi avropalıları sakitləşdirməyə çalışır
Tarix: 21-02-2025 15:06 | Bölmə: Xəbərlər
ABŞ dövlət katibi avropalıları sakitləşdirməyə çalışır

Dövlət katibi Marko Rubio ABŞ-nın Rusiya ilə danışıqlarından narahatlığını bildirən Avropa liderləri arasında gərginliyi azaltmağa çalışır. ABŞ-nın dövlət katibi M. Rubio bu məqsədlə İngiltərə, Fransa, Almaniya və İtaliya rəsmiləri ilə telefonla danışıb.

Reyting.az
-ın “New York Times” nəşrinə istinadla verdiyi məlumata görə, Rubio avropalı müttəfiqlərini əmin etməyə çalışıb ki, Səudiyyə Ərəbistanındakı danışıqlar ABŞ-nın öz siyasətindən kəskin ayrılma deyil.

Nəşr yazır ki, söhbət zamanı Rubio ukraynalı və avropalıların Ər-Riyaddakı danışıqlara dəvət olunmadığının səbəblərinə də aydınlıq gətirib. O, izah edib ki, söhbətin çox hissəsi ABŞ və Rusiya arasında ikitərəfli məsələlərlə bağlı olub. Xüsusilə, tərəflər hər iki ölkədə bağlanmış səfirliklərinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını müzakirə ediblər. Rubio bildirib ki, bu diplomatik məhdudiyyətləri aradan qaldırmaq üçün danışıqlar Rusiyanın niyyətlərinin ilk sınağı olacaq.

O, həmçinin Avropadakı müttəfiqlərinə rusların ciddi olub-olmadığını mühakimə etməyin hələ tez olduğunu söyləyib və danışıqların davam edəcəyini bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
19-02-2025, 16:36 Fuad Muradova hökm oxunub
19-02-2025, 12:58 Sabah qar yağacaq
18-02-2025, 14:56 Bakıya qar yağacaq