ABŞ Ukraynaya yardım göndərmək istəmir
Tarix: 21-02-2025 16:47 | Bölmə: Dünya
ABŞ Ukraynaya yardım göndərmək istəmir

ABŞ Ukraynanın maliyyələşdirilməsi ilə bağlı yeni qanun layihəsinə razılıq vermək istəmir.

Reyting.az
“Reuters”ə istinadla bildirir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib.

Onun sözlərinə görə, müharibə davam edərsə, ABŞ Ukraynaya yardım göndərməyəcək.

“ABŞ-nın Ukraynaya başqa bir maliyyə layihəsini təsdiq edib-etməyəcəyi sualına” cavab verən Conson “Xeyr” deyib.

Conson müharibəyə son qoyulmalı olduğunu da vurğulayıb: “Bizim avropalı müttəfiqlərimiz də bu ehtiyacı başa düşürlər”.

O, həmçinin ABŞ Prezidenti Donald Trampın müharibəni bitirə biləcək “qüvvə” olduğuna əminliyini ifadə edib.

Conson Zelenskinin Ukraynanın Səudiyyə Ərəbistanında keçirilən görüşə dəvət edilməməsi ilə bağlı şikayətlərinin yersiz da olduğunu deyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər