15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavinlər təyin olunub
Tarix: 17-04-2025 17:00 | Bölmə: Gündəm
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavinlər təyin olunub

Prezident İlham Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavinlər təyin edib.  

Reyting.az 
xəbər verir ki, bu barədə sərəncama əsasən Anar Bayramov və Rəşad Mustafayev nazir müavinləri təyin olunublar.

Qeyd edək ki, A.Bayramov hazırkı vəzifəsinə qədər nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

R.Mustafayev isə 2000-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, 2001-2015-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2015-2023-cü illərdə “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktorunun müavini, 2023-cü ildən hazırkı vəzifəsinə qədər “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru olub.




Bölməyə aid digər xəbərlər