15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Rusiyaya qarşı sanksiyaları ləğv etmək istəyirlər
Tarix: 18-04-2025 20:35 | Bölmə: Dünya
Rusiyaya qarşı sanksiyaları ləğv etmək istəyirlər

ABŞ-nın Parisdə təqdim etdiyi Rusiya və Ukrayna arasında sülh sazişi ilə bağlı təklifləri uzunmüddətli atəşkəs olacağı təqdirdə Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını nəzərdə tutur.

Reyting.az
xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Nəşr bildirir ki, təklif olunan şərtlərə əsasən, müharibə dondurulur və işğal olunmuş Ukrayna əraziləri Rusiyanın nəzarəti altında qalır.

Rəsmilərdən biri planın yekun nizamlanmanı təmsil etmədiyini və Avropa müttəfiqlərinin işğal olunmuş əraziləri Rusiya kimi tanımayacağını bildirib.

Eyni zamanda “Kiyevlə bunun bir daha müzakirə edilməsinə ehtiyac olduğu” qeyd edilib.

Nəşr yazır ki, Rusiya Ukraynanın geniş ərazilərinə nəzarət etdiyi halda, sanksiyaların ləğvi “Kiyevin bir neçə müttəfiqi üçün problem yarada bilər”, çünki Avropa İttifaqı məhdudiyyətlərinin götürülməsi bütün üzv dövlətlərin dəstəyini tələb edir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib