07:34 / 22-10-2025
NASA Maskın şirkətindən imtina edə bilər
07:16 / 22-10-2025
Luvr muzeyinə dəymiş zərər 88 milyon avrodur
00:11 / 22-10-2025
Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən beş il ötür
23:44 / 21-10-2025
Əli Əsədov Gürcüstana səfər edib
23:39 / 21-10-2025
İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb - Foto
23:28 / 21-10-2025
Biləsuvarda 45 yaşlı kişi bıçaqlanıb
19:15 / 21-10-2025
Həcc ziyarətinə sənəd qəbulu başlayır
18:51 / 21-10-2025
Yüksək temperatura dözümlü metal ixtira ediblər
18:00 / 21-10-2025
“Atletik”in baş məşqçisi: "Qarabağ” turnir cədvəlində yuxarı pillədədir, amma biz..."
17:59 / 21-10-2025
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
17:48 / 21-10-2025
Muxtar Babayev keçmiş işçisinə vəzifə verib
17:24 / 21-10-2025
İlham Əliyev Tokayevi Azərbaycana dəvət edib
17:11 / 21-10-2025
Bıçaqlanan mətbuat katibi evə buraxılıb
16:53 / 21-10-2025
Əliyev və Tokayev "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində olublar
16:50 / 21-10-2025
Ali Məhkəməyə iki hakim təyinatı olacaq
16:36 / 21-10-2025
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb - Foto
16:26 / 21-10-2025
Ən maraqlı yeddi körpü - Fotolar
16:23 / 21-10-2025
Sumqayıtda iynə vurulan 43 yaşlı kişi ölüb
16:21 / 21-10-2025
Milli Məclis daha 17 məsələyə baxacaq
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
15:54 / 21-10-2025
Azərbaycanda SSRİ və imperiya maraqlarına xidmət xülyası ilə yaşayanlar var
15:41 / 21-10-2025
Deputat: "Ramiz Mehdiyev də, mən də sovet adamlarıyıq"
15:34 / 21-10-2025
"Qarabağ” azarkeşlərə müraciət edib
14:55 / 21-10-2025
Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub - (Yenilənib) - Fotolar
14:50 / 21-10-2025
İlham Əliyev Qazaxıstanın milli geyimində - Video
14:40 / 21-10-2025
Hikmət Hacıyev: "Qazax qardaşlarımız hörmət nümunəsi olaraq..."
14:12 / 21-10-2025
İlham Əliyev: "Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb"
14:08 / 21-10-2025
Azərbaycan və Ermənistan spikerləri görüşüblər
13:59 / 21-10-2025
Ukrayna parçalana bilər
12:11 / 17-10-2025

12:00 / 21-10-2025

19:51 / 17-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

19:14 / 18-10-2025

18:38 / 17-10-2025

14:39 / 19-10-2025

Azərbaycan-Çin əməkdaşlığı genişlənir
Tarix: 16-04-2025 18:37 | Bölmə: Gündəm

Bakıda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçirilib.
Bu barədə Reyting.az-a Nazirlər Kabinetindən bildiriblər.
İclasa Azərbaycan baş nazirinin müavini, komissiyanın həmsədri Şahin Mustafayev və Çin Xalq Respublikasının kommersiya nazirinin müavini, Çinin ticarət üzrə beynəlxalq nümayəndəsi Lin Ci sədrlik ediblər.
Şahin Mustafayev iclası açaraq bildirib ki, Hökumətlərarası Komissiya çərçivəsində aparılan danışıqlar dövlət başçılarımızın verdiyi tapşırıqların icrasını müzakirə etmək, həmçinin Azərbaycan ilə Çin arasında münasibətlərin inkişafına dair yaxın perspektivləri müəyyənləşdirmək üçün mühüm platforma rolunu oynayır.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinin səyləri nəticəsində iki ölkə arasında dövlətlərarası münasibətlər dinamik və hərtərəfli inkişaf mərhələsinə qədəm qoyub. Ölkə başçıları arasında qarşılıqlı etimada əsaslanan şəxsi münasibətlər və mütəmadi təmaslar bu inkişafın əsas hərəkətverici qüvvələrindən biridir.
Qeyd olunub ki, ötən il Azərbaycan və Çin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi tarixi hadisədir. Dövlət başçılarının imzaladığı Birgə Bəyannamə ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm zəmin formalaşdırır.
Ticarət-iqtisadi sahədəki əməkdaşlığın davamlı şəkildə inkişaf etdiyi, Çinin Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biri olduğu xüsusi vurğulanıb. Eyni zamanda, Azərbaycanın da Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşı olduğu qeyd edilib. İki ölkə arasında ticarət dövriyyəsinin artım meyli ötən il 21% (3.7 mlrd $) təşkil edib. Bu ilin ilk üç ayı üzrə də müsbət dinamika qorunaraq qarşılıqlı ticarət həcmi 37% -( $1,02 mlrd) artıq yüksəlib. Azərbaycan, xüsusilə kənd təsərrüfatı və qida məhsullarının Çinə ixracını genişləndirməkdə maraqlı olduğunu bir daha bəyan edib.
Sənaye, neft-qaz, neft-kimya, “yaşıl” energetika, yüksək texnologiyalar, innovasiyalar və kosmik sahələrdə investisiya əməkdaşlığında müşahidə olunan müsbət dinamika da qeyd edilib. Çindən Azərbaycana yönələn investisiyaların həcmi 942 milyon ABŞ dollarına çatıb. Eyni zamanda, Dövlət Neft Fondunun da daxil olduğu Azərbaycan sərmayələrinin Çinə yatırılan ümumi həcmi təqribən 2.1 milyard ABŞ dollarına yüksəlib.
Bundan əlavə, Azərbaycan Prezidentinin Çinə qarşıdakı səfəri çərçivəsində Azərbaycanda BYD şirkəti ilə birlikdə elektrik avtobuslarının istehsalının lokallaşdırılması layihəsinə start veriləcək.
İki ölkə arasında yaşıl enerji sahəsində əməkdaşlığ strateji prioritet təşkil edir. Şahin Mustafayev qeyd edib ki, Azərbaycan bu sahədə böyük potensiala, Çin geniş texnoloji resurslara və zəngin təcrübəyə malikdir.
Ş. Mustafayev bildirib ki, nəqliyyat və tranzit sahəsində əməkdaşlıq da uğurla inkişaf edir. Bildirilib ki, 2024-cü ildə Azərbaycan və Çin arasında tranzit daşımalarının həcmi 86% (378 min ton) artıb. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması məqsədilə həyata keçirilən genişmiqyaslı layihələrdən – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər nəqliyyat dəhlizlərindən bəhs olundu. Bu layihələr Çindən Avropaya və əks istiqamətə ən qısa və səmərəli marşrutu təşkil edir.
İşğaldan azad edilmiş ərazilərdə yaranan yeni reallıqlar fonunda mövcud geniş imkanlar xüsusilə vurğulanıb. Ş. Mustafayev, Çin rəsmilərinə işğaldan azad olunmuş ərazilərindəki həyata keçirilən müasir infrastruktur layihələri və gələcək iqtisadi perspektivlər haqqında ətraflı məlumat verərək, Çin şirkətlərini bu ərazilərə investisiya yatırmağa dəvət edib.
Regionun nəqliyyat-kommunikasiya sisteminin bərpasının böyük perspektiv vəd etdiyi, Zəngəzur dəhlizinin reallaşmasının isə sülhə və təhlükəsizliyə xidmət edəcəyi, Orta Dəhlizin tərkib hissəsi kimi “Kəmər və Yol” layihəsinə də mühüm töhfə verəcəyi bildirilib.
Lin Ci, ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrə xüsusi əhəmiyyət verdiyini vurğulayıb. O, Çinin Azərbaycan istehsalı olan məhsulların idxal həcmini və çeşidini genişləndirməkdə maraqlı olduğunu qeyd edərək, xüsusilə nar məhsulları və şərabın Çində alıcıların böyük rəğbətini qazandığını diqqətə çatdırıb. Həmçinin quş əti, fındıq və badamın Çinə ixracı üçün geniş imkanların olduğu bildirilib.
Bununla yanaşı, Lin Ci Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı təşəbbüslərini dəstəklədiyini və bu istiqamətdə rəsmi Bakı ilə birgə işləməyə hazır olduğunu ifadə edib.
Çin rəsmiləri qarşılıqlı investisiyaların və ticarətin genişlənməsində maraqlı olduqlarını bilirdilər və Çində Azərbaycan ticarət evlərinin sayının artırılması təklifi ilə çıxış ediblər.
İclasda qeyd edilib ki, Azərbaycan ilə Çin arasında baramaçılığın inkişafı sahəsində səmərəli əməkdaşlıq əlaqələri qurulub və bu əməkdaşlığın işğaldan azad edilmiş ərazilərin bərpasında özünü daha qabarıq şəkildə nümayiş etdirəcəyi gözlənilir. Belə ki, tərəfdaşlar tərəfindən Xocalı şəhərində əkilməsi üçün artıq 130 min tut tingi gətirilib. Layihənin uğurlu nəticələr verəcəyi proqnozlaşdırılır.
Qeyd edilib ki, turizm sahəsində əlaqələr müsbət şəkildə inkişaf edir. Qarşılıqlı turist axını dinamik şəkildə artır. Ötən il Azərbaycana gələn Çin turistlərinin sayında əhəmiyyətli artım qeydə alınıb. Burada Azərbaycanın Çin vətəndaşları üçün birtərəfli qaydada vizanı ləğv etməsi mühüm rol oynayıb.
Azərbaycan prezidentinin Çinə səfəri çərçivəsində qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişin imzalanması gözlənilir. Bu, ölkələrimiz arasında təmaslara ciddi təkan verəcək və qarşılıqlı səfərlərin sayını artırmağa xidmət edəcək.
Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında İT, kosmik sənaye, yüksək texnologiyalar, səhiyyə və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanları da geniş müzakirə olunub. Yaxın vaxtlarda Azərbaycan prezidentinin Çinə planlaşdırılan səfərinin iki ölkə arasındakı münasibətləri yeni mərhələyə yüksəldəcəyinə əminlik ifadə edilib. Çin Xalq Respublikasının kommersiya nazirinin müavini, Çinin ticarət üzrə beynəlxalq nümayəndəsi Lin Ci ölkəsinin Qafqaz regionunda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini və milli-iqtisadi maraqlara uyğun bütün təşəbbüsləri dəstəklədiklərini vurğulayıb.
Müzakirələr nəticəsində İnvestisiya əməkdaşlığı üzrə İşçi Qrupun yaradılması qərara alınıb. Bu qurum investisiya sahəsindəki məsələlərin daim diqqətdə saxlanılması üçün mühüm platforma olacaq.
İclasın yekununda Birgə İnvestisiya Əməkdaşlığı üzrə İşçi Qrupun yaradılması haqqında Anlaşma Memorandumunu və Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasının Protokolu imzalanıb.
Bölməyə aid digər xəbərlər

Dünən, 17:24
İlham Əliyev Tokayevi Azərbaycana dəvət edib
Dünən, 13:25
Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib - Fotolar
20-10-2025, 11:26
Qarabağ zonasında daha 1587.8 hektar ərazi minalardan təmizlənib
20-10-2025, 08:25
Tufan Erhürman Şimali Kipr Türk Respublikasının yeni prezidentidir
19-10-2025, 08:12
Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün
18-10-2025, 11:54
İlham Əliyev “Kazinform”a müsahibə verib
18-10-2025, 11:14
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
18-10-2025, 00:03
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
17-10-2025, 18:38
Prezident yeni səfirlik təsis edib - Sərəncam
17-10-2025, 16:00
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
17-10-2025, 14:29
Prezident konfrans iştirakçılarına müraciət edib
17-10-2025, 12:48
Milli Məclisin plenar iclasının vaxtı elan olunub
17-10-2025, 12:30
Gizir və miçmanların həqiqi hərbi xidmət müddəti artırılır
17-10-2025, 11:05
Parlament prezident və birinci xanıma təbrik məktubu ünvanlayıb
17-10-2025, 09:27
Füzuli Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq
17-10-2025, 07:53
Prezident İlham Əliyev Füzuli ilə bağlı paylaşım edib - Video
17-10-2025, 00:02
Füzulinin işğaldan azad olunmasından beş il ötür
16-10-2025, 13:23
Daha bir səfirin etimadnaməsi təqdim olunub - Fotolar
16-10-2025, 12:29
Prezident yeni səfirin etimadnaməsini qəbul edib - Foto
16-10-2025, 12:23
İlham Əliyev BMT nümayəndəsini qəbul edib - Fotolar
15-10-2025, 18:09
Ramiz Mehdiyevin əmlakları müsadirə oluna bilər
15-10-2025, 15:48
İnsan hüquqlarının pozulmasına dair şikayətvermə qaydası dəyişib
15-10-2025, 13:28
Azərbaycanla Braziliya təhsil sahəsində əməkdaşlıq edəcək
15-10-2025, 13:21
Prezident yeni idarə yaradıb - Fərman
15-10-2025, 12:43
Qarabağın 19 yaşayış məntəqəsinə köç olacaq
15-10-2025, 11:48
İlham Əliyev forum iştirakçılarına müraciət ünvanlayıb
15-10-2025, 11:26
Xankəndidə III Milli Şəhərsalma Forumu başlayıb
15-10-2025, 00:03
İlham Əliyevin ilk dəfə Azərbaycan prezidenti seçilməsindən 22 il ötür
14-10-2025, 19:03
İlham Əliyev Sülh Sammiti ilə bağlı növbəti paylaşım edib
14-10-2025, 16:15
Şuşakəndə daha 27 ailə köçürülüb - (Yenilənib) - Fotolar
14-10-2025, 16:14
İlham Əliyev İslam İnkişaf Bankı ilə bağlı qanunu imzalayıb
14-10-2025, 10:20
İlham Əliyev "Rebuild Karabakh-2025" sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
14-10-2025, 10:01
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
14-10-2025, 09:21
Bakıda məhkəmə sisteminə həsr olunmuş beynəlxalq konfrans keçirilir
13-10-2025, 20:30
İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir - (Yenilənib)
13-10-2025, 20:10
Donald Tramp Misirdə İlham Əliyevi salamlayıb - Foto
13-10-2025, 16:19
İlham Əliyev Misirdə bir sıra ölkələrin liderləri ilə görüşüb
13-10-2025, 15:18
İlham Əliyev Misirdə Nikol Paşinyanla görüşüb