15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Çin orbitdə peyk bürcü yaradıb - Foto
Tarix: 18-04-2025 08:30 | Bölmə: Xəbərlər
Çin orbitdə peyk bürcü yaradıb

Çin dünyada ilk dəfə Yer-Ay sistemində dərin retrograd orbitdə peyk bürcü yaradıb. Bunu Çin Elmlər Akademiyasının əməkdaşları bəyan ediblər.

Reyting.az
-ın məlumatına görə, alimlər bildiriblər ki, bu, gələcək dərin kosmosun tədqiqi üçün əsas olacaq.

Çin 2024-cü ilin fevral və mart aylarında "DRO-A", "DRO-B", həmçinin "DRO-L" peyklərini orbitə buraxıb və dünyada ilk dəfə, yəni 2024-cü ilin avqust ayında peyklərarası ölçməni, rabitə əlaqələrini qurub.



"DRO-A" və "DRO-B" Yer-Ay sistemində uzaq retrograd orbitdə, "DRO-L" peyki isə aşağı Yer orbitindədir. Tədqiqatçılar 2025-ci ildə də bir çox yeni nailiyyətlərin əldə ediləcəyinə əmin olduqlarını bildiriblər.

Çinli mütəxəssislər deyiblər ki, bu dərin retrograd orbitdən istifadə eyni zamanda Ay resurslarının istismarı, Yerdən kənarda uzunmüddətli insanların məskunlaşması, planetlərarası fəaliyyətlər və həmçinin Günəş sisteminin tədqiqatı üçün strateji əhəmiyyət kəsb edir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər