Hindistan Pakistana hücum edib - (Yenilənib)
Tarix: 07-05-2025 06:30 | Bölmə: Slayd
Hindistan Pakistana hücum edib - (Yenilənib)

Hindistan hakimiyyəti Pakistandakı "terrorçu" infrastruktura hücuma keçdiklərini açıqlayıb. Bu barədə "Reuters" agentliyinin jurnalisti İdris Əli məlumat verib.

Reyting.az
-ın məlumatına görə, Hindistanın səlahiyyətliləri "Sindoor" adlı əməliyyat çərçivəsində doqquz müxtəlif əraziyə hücum etdiklərini bildiriblər.

Pakistan İslam Respublikasının Müdafiə Nazirliyi Hindistanın ölkədəki hədəflərə raket zərbəsi endirdiyini təsdiqləyib.

Bundan əvvəl məlum olub ki, mayın 7-nə keçən gecə Kəşmirin Pakistan hissəsində çoxsaylı partlayışlar baş verib.

***

Hindistanın Pakistanda mülki infrastruktura endirdiyi raket zərbələri nəticəsində ölənlər var.

Reyting.az
-ın xarici KİV-lərə istinadla verdiyi məlumata görə, Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri deyib ki, ölənlərin sayı 8 nəfərə çatıb.

Onun sözlərinə görə, Hindistanın hərbi təcavüzü nəticəsində 35 nəfər yaralanıb.

General əlavə edib ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanda altı hədəfə 24 zərbə endirib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər