Vitse-prezident: Ukraynada müharibə tezliklə bitməyəcək
Tarix: 02-05-2025 11:10 | Bölmə: Slayd
Vitse-prezident: Ukraynada müharibə tezliklə bitməyəcək
J.D.Vens

ABŞ-nın vitse-prezidenti J.D.Vens Rusiyanın Ukraynaya qarşı müharibəsinin tezliklə bitəcəyinə inanmır.

Reyting.az
xəbər verir ki, J.D.Vens bu barədə “Fox News”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, indi ABŞ administrasiyası üç ildən artıqdır ki, davam edən müharibəni dayandırmaq üçün Rusiya və Ukraynaya “komromis tapmağa” necə kömək etmək məsələsi ilə üzləşib.

Bununla belə, o, "Rusiya və Ukrayna razılığa gəlməli və bu amansız münaqişəyə son qoymalıdır",- deyib.

"Bəli, əlbəttə ki, ukraynalılar işğala görə qəzəblənirlər. Amma biz bu və ya digər şəkildə bir neçə kilometr ərazi üzərində əsgər itirməyə davam edəcəyikmi?" - deyən J.D.Vens müharibənin tezliklə bitəcəyini gözləmir.

ABŞ-nın vitse-prezidenti Rusiya və Ukrayna arasında danışıqların perspektivləri ilə bağlı nikbin olduğunu da sözlərinə əlavə edib. Amma əminliyini fadə etməkdə çətinlik çəkən J.D.Vens deyib ki, qərar Rusiya və Ukraynanın ixtiyarındadır: “Biz onları söhbətə cəlb edirik. Artıq minlərlə gəncin ölümünə “kifayətdir!” deməyin vaxtı çatıb”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər