ABŞ Rusiya-Ukrayna danışıqlarında vasitəçilikdən imtina edir
Tarix: 02-05-2025 03:00 | Bölmə: Slayd
ABŞ Rusiya-Ukrayna danışıqlarında vasitəçilikdən imtina edir

ABŞ bundan sonra Rusiya-Ukrayna danışıqlarında vasitəçi rolunu oynamayacaq.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus deyib.

Onun sözlərinə görə, Moskva ilə Kiyev arasında birbaşa danışıqların vaxtı çatıb.

T. Bryus əlavə edib ki, Vaşinqtonun bu məsələyə yanaşma tərzi və metodologiyası dəyişir: “Biz vasitəçi olmayacağıq. Biz mötədil görüşlər üçün dünyanın o biri tərəfinə uçmayacağıq. İndi iş iki tərəf arasında aparılmalıdır”.

Departamentin sözçüsü bildirib ki, ABŞ sülhün bərqərar olması üçün əlindən gələni edəcək, lakin münaqişənin nəticəsi hazırda Ukrayna və Rusiya tərəfindən konkret ideyaların işlənib hazırlanmasını tələb edir.

“Dünyanın başqa hissələri, bütöv bir Yer kürəsi var. Onlar da bizim diqqətimizi tələb edir”, - deyə T. Bryus yekunlaşdırıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər