AZAL iki ölkəyə aviareysləri bərpa edir
Tarix: 12-05-2025 14:37 | Bölmə: Slayd
AZAL iki ölkəyə aviareysləri bərpa edir

Pakistan və Hindistanın hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün "Azərbaycan Hava Yolları"nın (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.

Reyting.az
xəbər verir ki, bu barədə AZAL-dan bildiriblər.

Məlumata görə, AZAL-ın Pakistanın Lahor şəhərinə bu günə planlaşdırılan reysi cədvələ uyğun həyata keçiriləcək.

Xatırladaq ki, mayın 7-də AZAL Bakıdan Hindistanın Mumbay şəhərinə həyata keçirməyi planlaşdırdığı 2-059 nömrəli reysi Pakistanın hava məkanının bağlı olması səbəbindən təxirə salıb. Bu səbəbdən indiyədək Pakistan və Hindistana uçuşlar həyata keçirilməyib.




Bölməyə aid digər xəbərlər