Rusiya ordusu Donetsk bölgəsində irəliləyir - Foto
Tarix: 18-11-2025 21:13 | Bölmə: Slayd
Rusiya ordusu Donetsk bölgəsində irəliləyir

Rusiya ordusu Ukraynanın Donetsk bölgəsində bir neçə yaşayış məntəqəsi istiqamətində irəliləyişə nail olub.

Reyting.az
xəbər verir ki, bunu “DeepState” analitikləri bildiriblər.

Məlumata görə, rus qüvvələri xüsusilə Donetsk bölgəsindəki Liman və Yampol yaxınlığında irəliləyiblər. “DeepState” 17 noyabrda şəhərin şimalında rusların irəliləyiş əldə etdiyini qeyd etsə də, 18 noyabrda şəhərin cənubunda da irəliləmə müşahidə edildiyi bildirilib.

Bundan əlavə, Yampolun qərbində yerləşən “boz zona”nın genişləndiyi vurğulanıb.



Analitiklərin fikrincə, Rusiya həmçinin Mirnoqradın şərqində yerləşən Novoekonomiçno və Mirolyubivka yaxınlığında da müəyyən irəliləyiş əldə edib.

Rus qüvvələrinin Volodimirivka və Sofiyevka şəhərləri yaxınlığındakı Dobropillya ərazisində də irəlilədiyi qeyd olunur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər