Rus ordusu Ukraynada bir neçə istiqamətdə irəliləyir
Tarix: 21-11-2025 14:53 | Bölmə: Slayd
Rus ordusu Ukraynada bir neçə istiqamətdə irəliləyir

Rusiya ordusu Ukraynanın Donetsk və Zaporojye bölgələrində - Pokrovsk və Stepnoqorsk istiqamətlərində irəliləyir.

Reyting.az
xəbər verir ki, bu barədə Ukraynanın monitorinq layihəsi “DeepState” məlumat yayıb.

Məlumata görə, Rusiya ordusu Donetsk bölgəsində yerləşən Vladimirovka və Şaxmatne yaxınlığında da irəliləyişə nail olub.

Bu arada “Vetka” çağırış işarəsi olan pilotsuz uçuş aparatının ekipaj komandiri “Kiyev 24”ə bildirib ki, rus qoşunları Hulyaipole istiqamətindəki ilk evlərdən cəmi 2-3 kilometr aralıdadır.

“Hulyaipole kənd təsərrüfatı əraziləri baxımından çox genişdir. Ruslar əsasən cənub və şərq istiqamətlərindən irəliləyirlər. Hulyaipole böyük bir şəhərdir və şəhər mühiti ilə çöl ərazilərində döyüşmək arasında böyük fərq var. Burada çoxlu sığınacaq mövcuddur, buna görə də düşməni məskunlaşmış ərazidən çıxarmaq daha çətindir”,- deyə hərbçi bildirib.

Onun sözlərinə görə, bu ərazi Rusiya üçün strateji əhəmiyyət daşıyır və Hulyaipolenin ələ keçirilməsi onlar üçün çox vacibdir.

Qeyd olunur ki, Hulyaipole şəhərində təxminən 450 nəfər qalıb və hazırda aktiv təxliyə prosesi davam edir. Lakin şəhərdə qalanların bir qismi sağlamlıq səbəblərinə görə təxliyə oluna bilmir, digərləri isə təxliyədən imtina edir.

Y. QACAR




Bölməyə aid digər xəbərlər