08:15 / 20-11-2025
Kit Kelloq vəzifədən gedir
Ukrayna ilə bağlı yeni sülh planı hazırlayıblar
Tarix: 20-11-2025 09:10 | Bölmə: Slayd
Ukrayna ilə bağlı yeni sülh planı hazırlayıblar

Ukrayna böhranının həlli ilə bağlı yeni sülh planı hazırlayıblar.

Reyting.az
xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Sülh planının müəllifləri ABŞ dövlət katibi Marko Rubio, prezidentin xüsusi elçisi Stiv Vitkoff və Amerika liderinin kürəkəni, sahibkar Cared Kuşnerdir.

Məlumata görə, sülh planının müəllifləri Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevlə məsləhətləşmələr aparıblar. O, oktyabrın sonunda ABŞ-a səfər edib.

Mənbələr qeyd edir ki, Donald Tramp administrasiyası Qəzza münaqişəsinin həllində istifadə etdiyi eyni yanaşmanı bu münaqişəyə də tətbiq etməyə çalışır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər