21:18 / 25-11-2025
AFFA-da dəyişikliklər olub
17 nəfər Almaniyadan Azərbaycana qaytarılıb
Tarix: 26-11-2025 09:22 | Bölmə: Slayd
17 nəfər Almaniyadan Azərbaycana qaytarılıb

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 25 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 17 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Reyting.az
xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətindən bildiriblər.

Məlumata görə, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.




Bölməyə aid digər xəbərlər