Tramp ilə Zelenski görüşüb - (Yenilənib) - Fotolar
Tarix: 18-08-2025 21:45 | Bölmə: Slayd
Tramp ilə Zelenski görüşüb - (Yenilənib)

Ağ evdə ABŞ prezidenti Donald Tramp ilə Ukrayna lideri Vladimir Zelenski arasında görüş başlayıb.

Reyting.az
xəbər verir ki, tərəflərin görüşü canlı yayımlanır.

Görüşdə ABŞ tərəfdən dövlət katibi Marko Rubio, vitse-prezident Cey Di Vens, eləcə də xüsusi elçilər Stiv Vitkoff, Ukrayna tərəfdən isə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov iştirak edir.

Ukrayna prezidenti amerikalı həmkarı Donald Trampla görüşdən əvvəl Finlandiya, Böyük Britaniya, İtaliya və Avropa Komissiyasının liderləri və NATO-nun Baş katibi ilə mövqelərini razılaşdırdığını bildirib.

***

Vaşinqtonda ABŞ və Ukrayna prezidentləri Donald Trampla Vladimir Zelenski görüşüb.

Reyting.az
-ın məlumatına görə, görüşdə Tramp bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin həllində irəliləyiş görür. O, Rusiya lideri Vladimir Putinlə Alyaskada görüşünü xatırladıb və deyib ki, indi problemi həll etmək üçün əla fürsət yaranıb.

Zelenski öz növbəsində Trampa Ukraynada sülhün bərqərar olması üçün göstərdiyi səylərə görə təşəkkür edib. Ukrayna prezidenti Putinə yazdığı məktuba görə həyat yoldaşı Melani Trampa da minnətdarlığını ifadə edib.

Görüşdə ABŞ tərəfdən dövlət katibi Marko Rubio, vitse-prezident Cey Di Vens, eləcə də xüsusi elçi Stiv Uitkoff, Ukrayna tərəfdən isə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov iştirak ediblər.






Bölməyə aid digər xəbərlər