Turistlərə gözlənilməz qadağalar tətbiq olunub - Siyahı
Tarix: 15-08-2025 09:05 | Bölmə: Slayd
Turistlərə gözlənilməz qadağalar tətbiq olunub

Hansısa ölkəyə səyahət planlaşdırarkən təkcə dil, mətbəx və ya mədəniyyət xüsusiyyətlərini deyil, həm də bəzən turistlər üçün gözlənilməz görünə bilən yerli qanunları nəzərə almaq lazımdır.

Reyting.az
"DailyMail" nəşrinə istinadla bildirir ki, fərqli ölkələrin öz qaydaları var - Dubayda müəyyən fotoşəkillərə qoyulan qadağadan tutmuş Fransada sürücülər üçün ayaqqabı məhdudiyyətlərinə qədər.

Venesiyada göyərçinləri bəsləyə bilməzsiniz, Sinqapurda isə saqqız həvəskarları ciddi qaydalara uyğunlaşmalıdırlar.

Dünyanın müxtəlif ölkələrində turistlərə baha başa gələn qeyri-adi qadağalar bunlardır:

Dubay: Birləşmiş Ərəb Əmirliklərində dövlət binalarının şəklini çəkmək qadağandır.

Yunanıstan: 2009-cu ildən etibarən tarixi abidələri, xüsusilə Afina Akropolunu və Epidaurusdakı teatrı ziyarət edərkən hündürdaban ayaqqabı geyinmək qadağan edilib. Qanunu pozanları 900 avroya qədər cərimə gözləyir.

İtaliya: Venesiyada 2008-ci ildən göyərçinlərə yem vermək qadağan edilib. O zamanlar quşlar yemək axtararkən mərmər heykəlləri zədələdiyi üçün hakimiyyət taxıl satışı və paylanmasını qadağan etmişdi.

Fransa:
Fransada avtomobil icarəyə götürən turistlər ayaqqabılarını diqqətlə seçməlidirlər. Sürücülərə “uyğun olmayan ayaqqabı” geyinmək qadağandır. Polis bunu tez-tez məşhur kurort ərazilərində yoxlayır.

Şri Lanka: Turistlərə Budda heykəlləri qarşısında şəkil çəkdirmək qadağandır. Burada saqqız çeynəmək demək olar ki, tamamilə qadağandır.

Dronlardan yalnız rəsmi icazə ilə istifadə edilə bilər. Pilotsuz təyyarələrdən icazəsiz istifadə və ya idxal edən hər kəsi 7 ilə qədər həbs cəzası və ya 50 min Misir funtu (təxminən 1000 dollar) məbləğində cərimə gözləyir.

Maldiv adaları: Əksər turistlər buranın geyimlə bağlı sərt qaydaları olan müsəlman ölkəsi olduğunu dərk etmirlər. Turist zonalarından kənarda, yəni yerli əhalinin yaşadığı ərazilərdə qollarınızı və ya ayaqlarınızı açıq saxlaya bilməzsiniz.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər