17:29 / 02-10-2025
Aldığınız ətin rənginə, qoxusuna fikir verin! – Dabaq xəstəliyi yayılıb
17:12 / 02-10-2025
Departament rəisi vəzifədən çıxarılıb
17:11 / 02-10-2025
Hollivud ulduzu "Sığınacaq" qəhrəmanına çevrilib - Fotolar
17:03 / 02-10-2025
Saturnun peykində həyat üçün əsas şərtlər var - Foto
16:59 / 02-10-2025
Qərərgah rəisi ehtiyata buraxılıb
16:45 / 02-10-2025
Bakıda keçmiş məhkumda 20 kq narkotik aşkarlanıb
16:34 / 02-10-2025
Sahibə Qafarova Cənubi Afrikada G20-də çıxış edib
15:38 / 02-10-2025
Sabah hava necə olacaq? - Proqnoz
15:36 / 02-10-2025
Yevlaxda 29 yaşlı şəxs öldürülüb
15:33 / 02-10-2025
Əxlaqsızlığı təbliğ edən tiktokeri yenidən həbs ediblər
15:28 / 02-10-2025
İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə görüşü olub - (Yenilənib) - Fotolar
15:17 / 02-10-2025
Elm və Təhsil Nazirliyində təyinatlar olub
14:21 / 02-10-2025
“Orta dəhliz” kitabı universitetdə təqdim olunub - Fotolar
14:11 / 02-10-2025
“QHT işi” üzrə məhkəmə başlayır
13:53 / 02-10-2025
Alpinistlər yeni rekorda imza atıblar - Foto
13:51 / 02-10-2025
Azərbaycan prezidenti plenar sessiyada iştirak edib - (Yenilənib)
13:45 / 02-10-2025
Müğənni Elarizin kürəkəninə 12 il həbs cəzası tələb olunur
13:31 / 02-10-2025
300 il əvvəl batmış gəmidən xəzinə tapılıb
13:04 / 02-10-2025
III MDB Oyunları: Xankəndidə oxatma yarışlarına start verilib - Fotolar
12:57 / 02-10-2025
ABŞ İrana qarşı yeni əməliyyat keçirə bilər
12:29 / 02-10-2025
İlham Əliyev Zirvə toplantısında iştirak edib - (Yenilənib) - Foto
11:54 / 02-10-2025
Kolumbiya prezidenti Trampın “Qəzza planı”nı pisləyib
11:46 / 02-10-2025
Rusiyanı vurmaq üçün Ukraynaya kəşfiyyat məlumatı verəcəklər
11:36 / 02-10-2025
Türkiyə polisi narkotik alveri şübhəsilə 189 nəfəri saxlayıb - Video
11:21 / 02-10-2025
İlham Əliyev və Nikol Paşinyan Kopenhagendə görüşüblər - Foto
11:15 / 02-10-2025
Ruslar Odessaya kütləvi hücuma keçib
11:00 / 02-10-2025
Qaçaqmalçılığa şərait yaradan vəzifəli şəxslər ifşa edilib
10:53 / 02-10-2025
Prokurorluq Dövlət Xidmətinin 75 əməkdaşının fəaliyyətini araşdıracaq
10:28 / 02-10-2025
Bəşəriyyət “rəqəmsal qiyamət”ə yaxınlaşır - Xəbərdarlıq
21:29 / 29-09-2025

23:29 / 27-09-2025

21:02 / 27-09-2025

18:01 / 28-09-2025

14:02 / 29-09-2025

22:59 / 28-09-2025

11:30 / 28-09-2025

11:22 / 29-09-2025

17:51 / 27-09-2025

14:43 / 28-09-2025

09:11 / 29-09-2025

22:31 / 28-09-2025

Daşkəsəndə minadan zərərçəkənlərin ehtiyacları öyrənilir - Fotolar
Tarix: 14-08-2025 12:33 | Bölmə: Cəmiyyət

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA ) İctimai Birliyi “Mina/PHS hadisəsi və onun təsirlərinin azaldılmasına dəstək” layihəsi çərçivəsində Göygöl rayonundan sonra Daşkəsən rayonunda minadan zərərçəkənlərin siyahısı dəqiqləşdirilir, onların ehtiyacları öyrənilir.
Reyting.az-ın xəbərinə görə, bu barədə AMZA-nın sədri Rey Kərimoğlu məlumat verib.
Onun sözlərinə görə, layihənin əsas məqsədi Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatların, o cümlədən mina/PHS hadisəsindən zərərçəkmiş şəxslərin sosial ehtiyaclarının öyrənilməsi təşkil edir:
“Layihə çərçivəsində bu il səkkiz rayonda və şəhərdə (Qazax, Tovuz, Ağstafa, Şəmkir, Göygöl, Daşkəsən, Gədəbəy rayonlarında, Gəncə şəhərində) sorğu icra edəcəyik. Qeyd edim ki, adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İMİSMA agentləri ilə sorğular keçiriləcək. Toplanacaq məlumatlardan mina/PHS-lərin insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməyi nəzərdə tuturuq. Göygöl rayonunda sonra Daşkəsəndə sorğuların keçirilməsini icra edirik. Müəyyən edilmiş mina qurbanları ilə daha çox qapı-qapı gəzərək şəxsən görüşürük, onlardan sorğular götürürük. Bəzən elə olur ki, minadan zərərçəkənin ardınca yaylaqlara da qalxası oluruq. Vəfat edənlərin isə ailə üzvləri ilə görüşməyə çalışırıq. İşimizin çətinliyi ondan ibarətdir ki, bəzi minadan zərərçəkənlər qeydiyyatda olduqları ərazi üzrə yaşamırlar. Bu işimizə çətinlik yaratsa da, axtarıb tapıb həmin şəxsləri sorğuya cəlb edirik. Dövlət qurumu ANAMA, Azərbaycanda mina problemləri ilə məşğul olan Beynəlxalq Avrasiya Mətbuat Fondu, “Çıraq” Humanitar və İnkişaf İctimai Birliyinin və Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin rəhbərləri də yaxından kömək edirlər. Daşkəsəndə son iki təşkilatın rəhbərləri Nadir Cəfərov və Hafiz Səfixanov da sorğularda layihə heyəti ilə bərabər yaxından iştirak etdilər. Sorğuya cəlb edilən şəxslər bu prosesi minnətdarlıq hissi ilə qarşılayıblar. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, o cümlədən layihənin icrasında bizə dəstək olan hər kəsə təşəkkür edirik”.
Qeyd edək ki, AMZA ötən il Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakı və Sumqayıt, Abşeronda) uğurla layihələr həyata keçirib.
Xatırladaq ki, ANAMA-nın təqdim etdiyi rəsmi məlumatlara görə, 1991-ci ildən 2025-ci ilin 2 iyun tarixləri müddətində mina qurbanlarının sayı 3 400-dən artıqdır. Onlardan 362 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 2020-ci ilin noyabr ayından 2025-ci ilin bu gününə qədər mina qurbanlarının sayı 407 nəfər təşkil edir ki, onlardan 70-i həlak olub, 337-i isə yaralanıb.

Bölməyə aid digər xəbərlər

Bu gün, 17:12
Departament rəisi vəzifədən çıxarılıb
Bu gün, 17:03
Saturnun peykində həyat üçün əsas şərtlər var - Foto
Bu gün, 16:59
Qərərgah rəisi ehtiyata buraxılıb
Bu gün, 16:45
Bakıda keçmiş məhkumda 20 kq narkotik aşkarlanıb
Bu gün, 15:38
Sabah hava necə olacaq? - Proqnoz
Bu gün, 14:11
“QHT işi” üzrə məhkəmə başlayır
Bu gün, 13:53
Alpinistlər yeni rekorda imza atıblar - Foto
Bu gün, 13:31
300 il əvvəl batmış gəmidən xəzinə tapılıb
Bu gün, 07:30
Yerdə və Ayda ev tikəcək robot istifadəyə verilib
Bu gün, 07:20
İlon Mask Marsı ABŞ-nın bir hissəsi sayır
Dünən, 16:07
Bakıda cərrahların 33-cü konqresi keçiriləcək
Dünən, 13:17
Sabahın hava proqnozu açıqlanıb
30-09-2025, 20:16
Umud Rəhimoğlu Berkli Universitetinin Xarici Müşavirlər şurasına seçilib
30-09-2025, 16:03
Oktyabr ayına olan hava proqnozu açıqlanıb
30-09-2025, 15:31
Peşə təhsili müəssisələrinin siyahısı genişləndirilib
30-09-2025, 13:03
Rövşən Nəcəf Ayxan Abbasovla görüşüb
30-09-2025, 13:00
Parlament ictimai səhiyyə sahəsində əməkdaşlığa aid sazişi təsdiqləyib
30-09-2025, 12:56
Sabah yağış yağacaq - Proqnoz
30-09-2025, 09:21
Lökbatandakı qəzada iki nəfər ölüb
30-09-2025, 08:47
Daha bir kosmik gəmi sınaq uçuşuna hazırlanır
29-09-2025, 17:25
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
29-09-2025, 17:03
Növbəti üç gündə leysan yağacaq
29-09-2025, 16:08
Keçmiş arvadını oğlunun məzarı başında öldürüb
29-09-2025, 15:47
Keçmiş sədr Ağır Cinayətlər Məhkəməsində ifadə verib
29-09-2025, 14:14
Zaqatalada sel çayın sahil bəndlərini aşırıb - Fotolar
29-09-2025, 12:14
Sabah yağış yağacaq - Proqnoz
29-09-2025, 11:59
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər tutulub
29-09-2025, 10:49
Yasamalda təhlükəli tikinti: qurudulmuş gölün ərazisində çoxmərtəbəli bina inşa olunur
29-09-2025, 09:34
Dünyanın ən sürətli 10 qatarı... - Siyahı - Fotolar
29-09-2025, 09:07
Xaçmazda əməliyyat: keçmiş məhkum saxlanılıb
29-09-2025, 08:07
Qəzzadakı xəstəxana İsrail ordusunun mühasirəsindədir
28-09-2025, 10:05
İstanbula uçan təyyarə Bakıda məcburi eniş edib
27-09-2025, 17:51
Kürəkən ürək əməliyyatı keçirmiş qayınatasını yumruqla öldürüb
26-09-2025, 17:23
Nazirlik hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
26-09-2025, 16:45
Uşaq Evindən şikayət edən Məhəmməd illər sonra həbs olunub
26-09-2025, 15:55
Məleykə Abbaszadə: "Bəzi ödənişli ixtisaslara qəbul olanlar "pulsuz"a keçiriləcək"