Rusiya mülki şəxslərin mübadiləsini təklif edir
Tarix: 18-08-2025 18:44 | Bölmə: Dünya
Rusiya mülki şəxslərin mübadiləsini təklif edir

Rusiya Ukraynaya mülki şəxslərin mübadiləsini təklif edib. Ruslar ələ keçirilən eyni sayda Rusiya vətəndaşının müqabilində 31 nəfəri azad etməyə hazırdır.

Reyting.az
xəbər verir ki, bunu Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova deyib.

“Ukrayna tərəfi bizə qarşılıqlı repatriasiya üçün vətəndaşların siyahısını təqdim edib. Onlar bizdən heç bir şərt olmadan Ukraynaya təhvil verməmizi xahiş etmək istəyirlər. Bu günə olan məlumata görə, 31 nəfərlik siyahı Ukrayna tərəfinə göndərilib”, - o, jurnalistlərə deyib.

Moskalkova onu da əlavə edib ki, bu həftə Ukrayna parlamentinin insan hüquqları üzrə komissarı Dmitri Lubinets ilə görüşməyi planlaşdırır.

Xatırladaq ki, avqustun 14-də Ukrayna və Rusiya Federasiyası yeni məhbus mübadiləsi həyata keçirib. 84 ukraynalı rus əsirliyindən qayıdıb. Onların bəziləri 2014-cü ildən əsirlikdə idi.

Rusiya əsirliyindən azad edilən ukraynalılar arasında həm hərbi qulluqçuların, həm də mülki şəxslərin olduğu məlumdur. Onların demək olar ki, hamısının tibbi yardıma ehtiyacı var.

ELÇİN




Bölməyə aid digər xəbərlər