18:27 / 29-09-2025
Zelenski tərəfdaşlara birgə müdafiə qalxanı təklif edir
17:43 / 29-09-2025
İlham Əliyev Si Cinpinə məktub ünvanlayıb
17:37 / 29-09-2025
Mehriban Əliyeva Cabir İmanovla bağlı paylaşım edib
17:31 / 29-09-2025
Daha bir idmançımız qızıl medal qazanıb
17:25 / 29-09-2025
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
17:03 / 29-09-2025
Növbəti üç gündə leysan yağacaq
16:08 / 29-09-2025
Keçmiş arvadını oğlunun məzarı başında öldürüb
15:56 / 29-09-2025
Gizir və miçmanların xidmət müddəti artırılır
15:47 / 29-09-2025
Keçmiş sədr Ağır Cinayətlər Məhkəməsində ifadə verib
15:37 / 29-09-2025
Nüvə silahı ilə yeraltı hədəflərin məhvini sınaqdan keçiriblər
14:29 / 29-09-2025
Əməkdar artist Cabir İmanov dünyasını dəyişib - Yenilənib
14:14 / 29-09-2025
Zaqatalada sel çayın sahil bəndlərini aşırıb - Fotolar
14:02 / 29-09-2025
Hərbi ekspert: Dünya növbəti müharibə ərəfəsindədir
13:41 / 29-09-2025
Mİ5-in sabiq direktoru: Britaniya müharibə vəziyyətindədir
13:33 / 29-09-2025
Azərbaycanlı müğənni Amerikada məşhurlarla görüşüb - Foto
13:07 / 29-09-2025
Prezident Məmmədhəsənovu təltif edib - Sərəncam
13:04 / 29-09-2025
Qandinin qətli - Hindistanın vicdanına atılan güllə
12:55 / 29-09-2025
Tramp Rusiyaya uzaqmənzilli zərbələr endirməyə icazə verib
12:47 / 29-09-2025
Ərdoğan Trampla görüşdən nə qazandı? - Legitimlik, yoxsa...
12:14 / 29-09-2025
Sabah yağış yağacaq - Proqnoz
12:09 / 29-09-2025
Nazirlik: "Tarif dəyişikliyi bəzi avtobuslara şamil edilməyəcək"
11:59 / 29-09-2025
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər tutulub
11:51 / 29-09-2025
İsveç nüvə silahı yaratmağa çalışır
11:34 / 29-09-2025
Çempionlar Liqası: "Kopenhagen" Bakıya 120-150 azarkeş gətirəcək
11:28 / 29-09-2025
Nobel mükafatçısı baş nazirin həbsini istəyir
11:22 / 29-09-2025
Avtobus və metroda gediş haqqı bahalaşıb - Qərar
11:16 / 29-09-2025
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
11:13 / 29-09-2025
BMT qərargahını İstanbula köçürə bilərlər
11:13 / 29-09-2025
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
10:52 / 29-09-2025
Dünyanın ən bahalı qızıl sikkəsi hərraca çıxarılır
00:01 / 27-09-2025

10:24 / 25-09-2025

20:25 / 26-09-2025

13:55 / 26-09-2025

09:43 / 27-09-2025

22:30 / 25-09-2025

11:25 / 26-09-2025

23:29 / 27-09-2025

00:23 / 27-09-2025

09:28 / 26-09-2025

15:51 / 25-09-2025

10:15 / 27-09-2025

İlham Əliyev Si Cinpinə məktub ünvanlayıb
Tarix: 29-09-2025 17:43 | Bölmə: Slayd

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə məktub ünvanlayıb.
Reyting.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Sədr,
Çin Xalq Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Sizin liderliyiniz sayəsində iqtisadi, sənaye, hərbi, yüksək texnologiyalar, innovasiya, elm və digər bütün sahələrdə mühüm nailiyyətlər əldə edən Çin dünyanın ən qabaqcıl ölkələri sırasında qərarlaşmış, beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmişdir. Bu il ərzində dost ölkənizə həyata keçirdiyim iki səfər zamanı Sizin qətiyyətli rəhbərliyiniz altında ölkədə aparılan genişmiqyaslı quruculuq işlərini, möhtəşəm inkişafı və nailiyyətləri əyani şəkildə görmək məndə böyük təəssürat oyatdı.
Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Məmnunluqla qeyd etmək istərdim ki, son dövrdə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Aramızdakı fəal dialoq, səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimiz, təmaslarımızın intensivliyi Azərbaycan-Çin əlaqələrinin səviyyəsindən və yüksək dinamikasından xəbər verir. Aprel ayında Çinə dövlət səfərim zamanı imzalanmış sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” ikitərəfli əlaqələrimizi daha da yüksək pilləyə qaldırmış, dövlətlərarası münasibətlərimizin strateji mahiyyətini gücləndirmişdir.
Bu gün Azərbaycan ilə Çin arasında qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanan münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişafı məmnunluq doğurur. Siyasi, iqtisadi-ticari, sənaye, enerji, nəqliyyat-kommunikasiya, investisiya, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığımızın gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. “Kəmər və yol” layihəsinin uğurla icrası, xüsusilə də onun vacib tərkib hissəsi olan Orta Dəhliz vasitəsilə daşımaların artması təqdirəlayiqdir. Eyni zamanda vizasız gediş-gəlişə dair sənədin qüvvəyə minməsinin insanlararası təmasların və turizmin inkişafına, iqtisadi, humanitar və mədəni əlaqələrin dərinləşməsinə mühüm təkan verəcəyinə inanıram.
Hörmətli cənab Sədr,
Əminəm ki, bir-birinə böyük rəğbət bəsləyən xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə Azərbaycan-Çin ənənəvi dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, hərtərəfli strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.
Belə bir xoş gündə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:43
İlham Əliyev Si Cinpinə məktub ünvanlayıb
Bu gün, 17:03
Növbəti üç gündə leysan yağacaq
Bu gün, 15:56
Gizir və miçmanların xidmət müddəti artırılır
Bu gün, 14:02
Hərbi ekspert: Dünya növbəti müharibə ərəfəsindədir
Bu gün, 13:04
Qandinin qətli - Hindistanın vicdanına atılan güllə
Bu gün, 11:22
Avtobus və metroda gediş haqqı bahalaşıb - Qərar
Bu gün, 11:13
BMT qərargahını İstanbula köçürə bilərlər
Bu gün, 10:39
NATO Rusiya təyyarələrini vurmağa hazırlaşır
Bu gün, 09:18
Bakıda İqlim Fəaliyyəti Həftəsi başlayıb
Bu gün, 08:14
Sel və daşqınlar İspaniyanı cənginə alıb
27-09-2025, 14:31
Prezident Gəncəyə gedib, yeni açılışlar olub - (Yenilənib) - Fotolar
27-09-2025, 12:00
Prezident İlham Əliyev Yevlaxda - Fotolar
27-09-2025, 10:15
Mafiya qaydaları dəyişib: cinayətkarların yeni üsulu daha gəlirlidir
26-09-2025, 16:11
Dövlət Su Ehtiyatları Agentliyində qanunsuzluqlar üzə çıxarılıb
26-09-2025, 15:22
Aqrar Xidmətlər Agentliyində nöqsanlar aşkarlanıb
26-09-2025, 14:57
Sarayevo atəşi - Birinci Dünya müharibəsinin fitili - Fotolar
26-09-2025, 13:55
Əliyevin çıxışı dünya ictimaiyyətinin Azərbaycana rəğbətini daha da artıracaq - Deputat
26-09-2025, 11:25
Sülh prosesi: Paşinyan üçün risklər artır
26-09-2025, 10:24
BMT Baş Assambleyasını saymırlar - Professor
26-09-2025, 09:28
Ərdoğan-Tramp görüşünün nəticələri yaxın vaxtlarda özünü göstərəcək
26-09-2025, 08:27
NASA nüvə silahından istifadə edə bilər
26-09-2025, 07:30
Avropalı diplomatlar Moskvaya xəbərdarlıq ediblər
25-09-2025, 16:46
Ərdoğan Trampla anlaşa biləcəkmi?
25-09-2025, 14:24
Professor: Azərbaycan prezidenti BMT-də yeni dünya liderlərindən kimi təqdim olunur
25-09-2025, 14:11
Bakıdan Ağdama müntəzəm avtobus reysi fəaliyyətə başlayır
25-09-2025, 13:10
Azərbaycanda terror planlaşdıran şəxsə hökm oxunub
25-09-2025, 11:16
Bakıda yeni metro stansiyaları tikiləcək
25-09-2025, 10:24
İmişlidə toyda kütləvi zəhərlənmə olub - (Yenilənib)
25-09-2025, 07:54
Son 24 saatda Günəşdə ikinci güclü partlayış olub
24-09-2025, 15:09
Diaspor rəhbərinin həbs müddəti uzadılıb
24-09-2025, 14:58
Marsın fəthi planı reallaşır - Foto
24-09-2025, 08:33
“Böyük yeddilər” Rusiyaya qarşı yeni sanksiyaları müzakirə ediblər
24-09-2025, 08:23
İlham Əliyev iki ölkənin prezidenti ilə görüşüb - Foto
23-09-2025, 16:42
Qlobal bazarlarda Azərbaycanın mövqeyi güclənir
23-09-2025, 16:26
İsazadə: Rusiyanın hərbi təxribatları davam edəcək
23-09-2025, 14:06
Cəlaloğlu: Daha bir neçə ölkə ilə hərbi qarşıdurma mümkündür
23-09-2025, 12:09
Əsnəmək iflicə səbəb ola bilər
23-09-2025, 11:18
Nüvə müharibəsi riski ən yüksək həddə çatıb - Xəbərdarlıq
23-09-2025, 10:39
Pezeşkian Azərbaycandan gedən nümayəndə heyəti ilə görüşüb
23-09-2025, 10:35
Qubada ayılar kəndə hücum ediblər
23-09-2025, 07:15
Alimlər Ədən cənnətinin yerini müəyyən ediblər
22-09-2025, 14:20
Məmurlar vətəndaşlara sayğısızlıq edir
22-09-2025, 13:23
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)