18:00 / 23-06-2025
Ağ Ev: "ABŞ Hörmüz boğazındakı vəziyyəti fəal şəkildə və diqqətlə izləyir"
17:43 / 23-06-2025
Bakıda narkotikə qarşı əməliyyat: saxlanılanlar var
17:20 / 23-06-2025
Agentlik TƏBİB-in 17 milyonluq tenderini ləğv edib
17:14 / 23-06-2025
Qərb Universiteti Tam Orta Məktəbi şagirdlərə attestat vermir? - Açıqlama
16:44 / 23-06-2025
İsrailin münaqişəyə son qoymaq niyyəti İrana çatdırılıb
16:30 / 23-06-2025
Dövlətə xəyanətdə ittiham olunan şəxsə hökm oxunub
16:03 / 23-06-2025
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək
15:49 / 23-06-2025
Erməni müğənnini “Qal, sənə qurban” mahnısını mənimsəmək istəyib
15:15 / 23-06-2025
Azərbaycan Suriyaya başsağlığı verib
15:14 / 23-06-2025
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
15:03 / 23-06-2025
Anar Məmmədlinin cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırılıb
15:01 / 23-06-2025
Zelenski: Rusiya, İran və KXDR qatillər koalisiyasıdır
14:49 / 23-06-2025
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
14:34 / 23-06-2025
ABŞ-nın hərbi bazası hücuma məruz qalıb
14:33 / 23-06-2025
Putin: İrana təcavüzün heç bir əsası yoxdur
14:23 / 23-06-2025
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
13:56 / 23-06-2025
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
13:10 / 23-06-2025
Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib
12:46 / 23-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:41 / 23-06-2025
Vüqar Bayramov: "Yeni dəyişikliklər bu boşluğu aradan qaldıracaq"
12:24 / 23-06-2025
Qarabağ zonasında daha 1420.9 hektar ərazi minalardan təmizlənib
12:00 / 23-06-2025
"Qarabağ" Duşan Tadiçi transfer etmək istəyir? - Klubdan açqlama
11:57 / 23-06-2025
Xüsusi karantin rejiminin müddəti uzadılıb
11:41 / 23-06-2025
Ermənilər Bakıda hakim qarşısına çıxarılıb
11:34 / 23-06-2025
İran ordusu: "Cənab Tramp, siz oyunçusunuz, biz isə..."
11:00 / 23-06-2025
Həbib Nurməhəmmədov: "Azərbaycana təşəkkür edirəm"
10:45 / 23-06-2025
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib
10:31 / 23-06-2025
DİN: "Şəxsi bank kartı məlumatlarını baqşası ilə paylaşmaq olmaz"
10:25 / 23-06-2025
Daha bir tiktoker ev dustaqlığına buraxılıb
16:11 / 19-06-2025

17:28 / 20-06-2025

11:32 / 19-06-2025

14:17 / 20-06-2025

06:06 / 22-06-2025

13:08 / 21-06-2025

14:57 / 22-06-2025

12:30 / 20-06-2025

16:26 / 20-06-2025

07:28 / 19-06-2025

15:58 / 21-06-2025

16:45 / 21-06-2025

AzTV-dəki kadr dəyişikliyi qalmaqala səbəb olub: sədr əvəzi məhkəmə qərarını icra eləmir - Müraciət
Tarix: 15-07-2019 11:56 | Bölmə: Slayd

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsini icra edən Rövşən Məmmədovun bu yaxınlarda imzaladığı müvafiq əmrlə AzTV-nin texniki direktor müavini vəzifəsinə Xəlil Məmmədov təyinat alıb. Xəlil Məmmədov Rövşən Məmmədovun həyat yoldaşının əmisidir. Buna qədər isə həmin vəzifəni “Əməkdar mühəndis” Knyaz Mehdiyev icra edib.
Reyting.az xəbər verir ki, Rövşən Məmmədovun Knyaz Mehdiyevi işdən çıxarması qarşı tərəfin məhkəməyə üz tutmasına səbəb olub. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində texniki direktorun birinci müavini vəzifəsində çalışmış Knyaz Mehdiyev işdən qanunsuz olaraq çıxarıldığına görə, sədr vəzifəsini icra edən Rövşən Məmmədovu məhkəməyə verib.
Knyaz Mehdiyev Demokrat.az-a deyib ki, Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi artıq onun xeyrinə qərar çıxarıb.
"Mən məhkəmənin çıxardığı qətnamələri özümlə götürərək, AzTV-yə işimi davam etdirməyə getdim. Ancaq Rövşən Məmmədovun tapşırığı ilə məni qanunsuz şəkildə işə buraxmadılar. Məhkəmənin qərarını onlara göstərirəm, ancaq Rövşən Məmmədov onu heçə sayır. Adam məhkəmənin qərarını saymır, hegomonluq edir.
Mən 45 ildir ki, dövlət televiziyasında çalışıram, Ulu Öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev tərəfindən Fəxri adlar almışam. “Əməkdar mühəndis” adını hər adama vermirlər. Amma cənab Prezident mənə bu adı verib. Cənab Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi olan çox hörmətli Əli müəllim Həsənov özü şəxsən mənə vəsiqəni təqdim edib. Baş mühəndis, direktorun birinci müavini vəzifəsinə kimi yüksəlmişəm. İndi təcrübəsiz adamlar məni qanunsuz şəkildə işdən çıxarır, məhkəmənin qərarlarına qarşı çıxaraq açıq şəkildə hegomonluq edirlər. Mən üzləşdiyim böyük haqsızlıqlarla əlaqədar cənab Prezident İlham Əliyevə müraciət hazırlayıram. Yaxın günlərdə bunu ictimailəşdirəcəm".
Knyaz Mehdiyevin həyat yoldaşı Sədaqət Mehdiyeva da Rövşən Məmmədovun ərinə qarşı etdiyi əməllərdən şikayətlənib.
O, Rövşən Məmmədovun Knyaz Mehdiyevə qarşı qanunsuz əməllərindən və məhkəmənin qəbul etdiyi qərarları kobud şəkildə pozduğuna görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti leyla Əliyevaya müraciət edib.
Demokrat.az-ın redaksiyasına göndərilən müraciətdə Rövşən Məmmədova qarşı şok ittihamlar yer alır:
"Xalqımızın sevimli lideri, Prezidentimiz İlham Əliyev, ölkəmizin Birinci xanımı Mehriban Əliyeva və elimizin sevimli qızı Leyla xanım, haqqı-ədaləti üstün tutduğunuzu bilərək ailəmiz adından Sizə müraciət edirəm ki, məmur özbaşınalığına son qoyasınız. Söhbət AzTV-yə təyin olunan sədr əvəzi Rövşən Məmmədovun vəzifəyə keçəndən sonra şirkətdə illərlə işləyən peşəkar işçilərin başına açdığı oyunlardan gedir. Bu kəs (etdiyi əməllərə görə ona şəxs deməyə dilim belə gəlmir) özünü AzTV-də o qədər mənfi cəhətdən göstərib ki, TV tarixində ən bacarıqsız sədr kimi ad alacaq. İşə başladığı 5 ay müddətində bu kəs nə qədər tanıdığı dost-tanış, qohum-əqraba içində olmaqla nə az, nə çox, 238 yeni kadr işə götürüb və Azərbaycanın TV tarixində olan bütün sədrlər arasında "rekord" qırıb. Ən əsası, "Əməkdaş mühəndis" Mehdiyev Knyaz Rəşid oğlunu və TV texnikasını xüsusi bacarıqla işlədən STS sexində kompleks rəisinin müavini, TV peyk avadanlıqları bölməsinin rəisi, oğlum Mehdiyev Həmid Knyaz oğlunu təhdidlə işdən azad edib. Bu haqsızlıqdan narazı qalan yoldaşım Mehdiyev Knyaz Rəşid oğlu Səbail rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, prosesi udub. Bundan narazı qalan AzTV rəhbərliyi yenidən işə baxılması üçün Apellyasiya Məhkəməsinə üz tutub. Əllərində heç bir əsaslı dəlil olmadığı üçün məhkəmə prosesini bir neçə dəfə təxirə salıblar. Sonda isə öz ərizələrini geri götürüblər.
İndi diqqətinizi AzTV rəhbərliyinin bilərəkdən oynadığı "xüsusi oyunlarına" cəlb etmək istəyirəm. Baxın, bu kəs vəzifəsindən, ölkə başçısının ona göstərdiyi etimaddan necə sui-istifadə edir. Xahiş edirəm ki, tarixlərə xüsusi diqqət yetirəsiniz. Dünən AzTV-dən bizim ev ünvanımıza məktub gəlib ki, yoldaşım Mehdiyev Knyaz Rəşid oğlu 01.02.2019-cu il tarixdən işdən azad olunub. Səbail rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli qərarına görə yenidən işə bərpa olunub. AzTV rəhbərliyi yenidən işə baxılması üçün mart ayının sonlarında Apellyasiya Məhkəməsinə müraciət edib və sonda öz ərizələrini geri götürdüklərinə görə əvvəlki məhkəmənin 04.03.2019 tarixli qərarı qüvvədə qalıb. Dünən - 06.07.2019-cu il tarixdə AzTV-dən aldığımız məktubda göstərilir ki, Rövşən Məmmədov Azərbaycanın məhkəmə qanunlarını tanımır və belə çıxır ki, tanımaq da istəmir. Çünki AzTV-dən göndərilən məktuba əsasən Mehdiyev Knyaz Rəşid oğlu 01.02.2019-cu il tarixdən işdən azad olunub, 01.02.2019-cu il tarixdə yenidən özünün belə xəbəri olmadan işə götürülüb və 28.02.2019-cu il tarixdə işdən müqavilə əsasında azad olunub. Bu haqda bildiriş bizə 06.07.2019-cu il tarixdə çatdırılıb. Bütün bu prosesləri həyata keçirən AzTV rəhbərliyi o qədər səhvə yol verib ki, sayı-hesabı yoxdur. Göstərilən “işə götürüb-çıxarma” əmək kitabçası bizdə olduğu halda hara qeyd olunub? Niyə məktubda rəhbərliyin yox, kadrlar şöbəsi rəhbərinin imzasıdır? Ən əsası, yoldaşımın 2011-ci ildən istifadə etmədiyi 06.03.2012-ci ildən, 01.02.2019-ci ilədək istifadə etmədiyi məzuniyyət haqqının pul əvəzi ilə ödəməli və şirkətin rəhbərliyi sayəsində məhkəmə gedən zamanı işindən maaşından məhrum olduğu zamanın 01.02.2019-cu ildən 06.07.2019-cu ilədək ödənilməlidir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və çox hörmətli Mehriban xanım Əliyeva.
Mən, 31 il AzTV-də çalışan və 2011-ci ildən onkoloji xəstəlikdən dəfələrlə əməliyyat olunan bir insan kimi sizə müraciət edirəm. AzTV-nin hazırkı sədr əvəzi Rövşən Məmmədovun üzündən ailəmizin yaşadığı problemlərə son qoymağınıza, oğlum və yoldaşımın əvvəlki vəzifələrinə bərpa olunmasına köməklik göstərməyinizi Sizdən xahiş edirəm".
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
Bu gün, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
Bu gün, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Bu gün, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Dünən, 12:33
Leysan yağacaq, dolu düşəcək - Proqnoz
Dünən, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub