Nazir Sahil Babayevin kadr təyinatları narazılıq yaradıb
Tarix: 30-07-2019 17:40 | Bölmə: Slayd
Nazir Sahil Babayevin kadr təyinatları narazılıq yaradıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəhbərliyində təmsil olunanlara yaxın şəxslərin bu qurumda yüksək vəzifələrə təyin edilmələri yuxarı dairələrdə müsbət qarşılanmayıb. Bunu nazirlikdə çalışan və adının çəkilməsini istəməyən şəxs bildirib.

Məlumata görə, nazirliyin Aparat rəhbəri Hidayət Abdullayevin bacısının həyat yoldaşı İsmayıl İsrafilovun ƏƏSMN-nin Tikilməkdə olan Obyektlərin Müdiriyyətinə direktor təyin edilməsi də narazılığa səbəb olmuş təyinatlardandır.

Reyting.az-a verilən məlumatda bildirilir ki, nazir Sahil Babayevin İsmayıl İsrafilovu vəzifəsində saxlaması dövlət qulluğu ilə bağlı qanunvericiliyə ziddir. Çünki nazirlikdə tikinti məsələlərinin bilavasitə Aparat rəhbərinin nəzarətində olduğu bildirilir. Bu isə qeyd edilən sahədə şəffaflıqla bağlı ciddi şübhələr doğurur.

Qeyd edək ki, Tikilməkdə olan Obyektlərin Müdiriyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan tikinti və təmir işlərinin vaxtında istifadəyə verilməsi, həmin işlərin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarəti, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və başqa maliyyə mənbələrindən ayrılmış vəsaitlərin idarə edilməsinin səmərəliliyinin artırılmasını, habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həlli məqsədilə yaradılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}