15:06 / 16-10-2019
İkibaşlı oyun
Növbəti təxribatın qarşısı alınıb: DSX düşmənin bir neçə postuna nəzarət edəcək
Tarix: 13-08-2019 23:54 | Bölmə: Gündəm
Növbəti təxribatın qarşısı alınıb: DSX düşmənin bir neçə postuna nəzarət edəcək

Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan ordusunun son zamanlar həyata keçirdiyi təxribatlara cavab olaraq Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) ciddi tədbirlər görür.

Reyting.az
“Azeri Defence”yə istinadla xəbər verir ki, düşmənin Babakər dağı istiqamətində mövqelərini önəçəkmə cəhdlərinə qarşı DSX tərəfindən önləyici tədbirlər həyata keçirilib. Belə ki, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının ərazidəki bölmələri düşmən tərəfindən yeni mövqelərin ələ keçirilmə niyyətlərinə qarşı hərəkətə keçərək sərhəd döyüş məntəqələrini bir sıra istiqamətlərdə irəli çəkməyə nail olublar.

Sərhədçilərimiz tərəfindən tutulmuş yeni mövqelərdən düşmənin Ermənistan Respublikası ərazisindəki döyüş postlarına və bu postları birləşdirən yollara nəzarət imkanı əldə olunub. Eləcə də düşmən tərəfindən əvvəllər atəşə tutulan yaşayış məntəqələrinə olan təhlükə aradan qaldırılıb.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}