07:48 / 21-10-2025
Ruslar Xarkova hücum edib
Rusiyada ən böyük neft emalı zavodu işini dayandırıb
Tarix: 21-10-2025 07:44 | Bölmə: İqtisadiyyat
Rusiyada ən böyük neft emalı zavodu işini dayandırıb

Rusiyanın ən böyük neft emalı zavodlarından biri pilotsuz uçuş aparatlarının (PUA) hücumu səbəbilə fəaliyyətini dayandırıb.

Reyting.az
xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Nəşrin məlumatına görə, müəssisə noyabr ayında fəaliyyətini bərpa edə bilər.

Agentlik mənbələrinə istinadən qeyd edib ki, Volqaya yaxın Novokuybişevskdə yerləşən və Rusiyanın "Rosneft" şirkətinə məxsus neft emalı zavodu oktyabrın 19-da, bazar günü, Ukrayna pilotsuz uçuş aparatlarının növbəti hücumundan sonra fəaliyyətini dayandırıb.

Lakin "Rosneft" bunun doğru olub-olmadığı barədə şərh verməyib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər