15:15 / 23-06-2025
Azərbaycan Suriyaya başsağlığı verib
15:14 / 23-06-2025
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
15:03 / 23-06-2025
Anar Məmmədlinin cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırılıb
15:01 / 23-06-2025
Zelenski: Rusiya, İran və KXDR qatillər koalisiyasıdır
14:49 / 23-06-2025
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
14:34 / 23-06-2025
ABŞ-nın hərbi bazası hücuma məruz qalıb
14:33 / 23-06-2025
Putin: İrana təcavüzün heç bir əsası yoxdur
14:23 / 23-06-2025
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
13:56 / 23-06-2025
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
13:10 / 23-06-2025
Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib
12:46 / 23-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:41 / 23-06-2025
Vüqar Bayramov: "Yeni dəyişikliklər bu boşluğu aradan qaldıracaq"
12:24 / 23-06-2025
Qarabağ zonasında daha 1420.9 hektar ərazi minalardan təmizlənib
12:00 / 23-06-2025
"Qarabağ" Duşan Tadiçi transfer etmək istəyir? - Klubdan açqlama
11:57 / 23-06-2025
Xüsusi karantin rejiminin müddəti uzadılıb
11:41 / 23-06-2025
Ermənilər Bakıda hakim qarşısına çıxarılıb
11:34 / 23-06-2025
İran ordusu: "Cənab Tramp, siz oyunçusunuz, biz isə..."
11:00 / 23-06-2025
Həbib Nurməhəmmədov: "Azərbaycana təşəkkür edirəm"
10:45 / 23-06-2025
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib
10:31 / 23-06-2025
DİN: "Şəxsi bank kartı məlumatlarını baqşası ilə paylaşmaq olmaz"
10:25 / 23-06-2025
Daha bir tiktoker ev dustaqlığına buraxılıb
10:16 / 23-06-2025
“Azərişığ”ın milyonluq tenderi - Əmək Müfəttişliyinin cəzalandırdığı şirkət "qalib gəlib"
10:08 / 23-06-2025
28 universitet ilk dəfə reytinq siyahısına düşüb - Adlar
10:00 / 23-06-2025
İsmayıllıda oğul atasını öldürüb
09:30 / 23-06-2025
General Usubov sərəncama götürülüb
09:18 / 23-06-2025
TƏBİB-in 3.6 milyonluq tenderi ləğv olunub
09:12 / 23-06-2025
Rusiya üzərində 23 PUA vurulub
08:46 / 23-06-2025
Sevil Əliyevanın oğlu məşhur diktorun nəvəsi ilə ailə qurub
08:08 / 23-06-2025
Qərbi Azərbaycana erməni köçü - Fotolar
07:55 / 23-06-2025
Kilsədə terror aktı: çoxsaylı ölən və yaralılar var
16:11 / 19-06-2025

16:25 / 18-06-2025

17:28 / 20-06-2025

11:32 / 19-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

12:30 / 20-06-2025

14:57 / 22-06-2025

16:26 / 20-06-2025

07:28 / 19-06-2025

15:58 / 21-06-2025

Mehriban Əliyeva Bakıya gələn dövlət başçılarının xanımları ilə görüşüb - Fotolar
Tarix: 25-10-2019 21:07 | Bölmə: Slayd

Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları oktyabrın 25-də Heydər Əliyev Mərkəzində olublar.
Reyting.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva qonaqlarla görüşüb.
Qonaqlar əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Onlara məlumat verilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.
"Azərbaycan inciləri" sərgisi ilə tanış olan qonaqların diqqətinə çatdırılıb ki, bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirilir. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimiz orijinal şəkildə - səsli formada təqdim olunur. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.
Sonra qonaqlar “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisinə də baxıblar. Ekspozisiyada Heydər Əliyev Fondunun müxtəlif mənbələrdən topladığı nadir kolleksiya – XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunur. Sərgidə Azərbaycan musiqi mədəniyyəti tarixinə də geniş yer verilib. Burada 50-dək milli musiqi aləti yer alıb. Sərginin muğam otağında Azərbaycanın tanınmış xanəndələrinin ifalarından ibarət videoçarxlar, ekspozisiyadakı monitorlarda isə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamı, aşıq sənəti, tar və kamança ifaçılığına aid musiqi nümunələri təqdim edilir. Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək də mümkündür.
Daha sonra qonaqlar "Kukla incəsənətdə" sərgisi ilə tanış olublar. Sərgidə dünyanın müxtəlif ölkələrinin müəlliflərinin əl işi olan 230 kukla nümayiş etdirilir. Ekspozisiyadakı sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivalları və biennalelərində qalib olub. Sərgidə çini, kağız, plastik, taxta və parçadan hazırlanan ənənəvi kuklalarla yanaşı, müasir texnologiyalardan istifadə olunaraq yaradılan modern kuklalar da təqdim edilir. Sərgidə kuklalar 11 müxtəlif mövzu üzrə bölünüb. Belə ki, ekspozisiyada geyim tarixi, yumoristik obrazlar, bayram simaları, İçərişəhər sakinləri, nağıl qəhrəmanları, taxta kuklalar və digər mövzularda eksponatlarla tanış olmaq mümkündür. Sərginin hər bir eksponatı ilə tanışlıq, eyni zamanda, kukla sənətinin incəliyini, inkişaf tarixini izləməyə imkan yaradır.
Sərgilərlə tanışlıqdan sonra keçirilən görüşdə Qoşulmama Hərəkatının əhəmiyyətinə toxunan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib:
- Əziz xanımlar, sizi salamlayıram. Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana xoş gəlmisiniz. İnanıram ki, BMT-yə üzv dövlətlərin üçdəiki hissəsini özündə birləşdirən Qoşulmama Hərəkatının Bakı Zirvəsi Hərəkatın gələcək inkişafına və üzv dövlətlərin münasibətlərinin həmrəylik və qarşılıqlı anlaşma ruhunda möhkəmlənməsinə mühüm və fərqli töhfəsini verəcəkdir.
Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etmişdir. Ötən illər ərzində bütün çətinliklərə baxmayaraq, ölkəmiz sürətlə inkişaf edib, müstəqilliyini qoruyub saxlayıb və ictimai-siyasi həyatın bütün sahələrində böyük nailiyyətlər qazanıb. Azərbaycan dünya birliyində etibarlı tərəfdaş və məsuliyyətli üzv kimi tanınır.
Əziz xanımlar, baxmayaraq ki, biz müstəqil ölkə kimi gəncik, lakin Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malik olan ölkədir. Əsrlərboyu bu məkanda müxtəlif sivilizasiyaların, dinlərin, millətlərin nümayəndələri sülh və qarşılıqlı hörmət şəraitində yaşayıb. Bu gün də Azərbaycan dövləti və Azərbaycan xalqı bu ənənələri qoruyub saxlayır. Sülh mədəniyyətinin təbliğ, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq edilməsinə ölkəmizdə xüsusi diqqətlə yanaşılır. Təsadüfi deyil ki, son illər Azərbaycan bu sahədə tanınmış beynəlxalq platformaya çevrilib. Son illər ölkəmizdə bir sıra möhtəşəm, mötəbər beynəlxalq forumlar, görüşlər, sammitlər keçirilib. Qoşulmama Hərəkatının XVIII Zirvəsinin məhz Azərbaycanda keçirilməsi bunun növbəti sübutudur. Gələn üç il ərzində ölkəmiz Qoşulmama Hərəkatına sədrlik edəcək və mən əminəm ki, bu illər ərzində öz fəaliyyətini məhz bu prinsiplər - əməkdaşlıq, tərəfdaşlıq, qarşılıqlı hörmət, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə dəstək şəklində həyata keçirəcək.
Əziz dostlar, əziz xanımlar, bu gün görüş keçirdiyimiz Heydər Əliyev Mərkəzi dünya şöhrətli memar Zaha Hadidin ölməz əsəridir. Mərkəz bir tərəfdən nadir memarlıq abidəsidir, digər tərəfdən müasir Bakının simasıdır, simvoludur. Qərblə Şərqin tarixini, memarlığını, mədəni abidələrini özündə birləşdirən Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Mən ümidvaram ki, siz vaxt tapıb paytaxtımızla daha yaxından tanış olacaqsınız, insanlarımızın qonaqpərvərliyini hiss edəcəksiniz.
Əziz xanımlar, bir daha sizə “Xoş gəlmisiniz!” deyirəm. Təmsil etdiyiniz ölkələrə və xalqlara sülh və əmin-amanlıq arzulayıram. Sizin hər birinizə möhkəm cansağlığı və uğurlar diləyirəm”.

Bölməyə aid digər xəbərlər

Bu gün, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
Bu gün, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
Bu gün, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Bu gün, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Dünən, 12:33
Leysan yağacaq, dolu düşəcək - Proqnoz
Dünən, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram