“Azərişığ”ın milyonluq tenderi - Əmək Müfəttişliyinin cəzalandırdığı şirkət "qalib gəlib"
Tarix: 23-06-2025 10:16 | Bölmə: İqtisadiyyat
“Azərişığ”ın milyonluq tenderi - Əmək Müfəttişliyinin cəzalandırdığı şirkət "qalib gəlib"

"Ağdərə" yarımstansiyası ilə "Suqovuşan" yarımstansiyası arasında 35 kV-luq yeni iki dövrəli ÖİN (SİP-3) elektrik veriliş xəttinin çəkilməsinə sərf ediləcək vəsaitin həcmi açıqlanıb.

Məlumata görə, məbləğ 4 076 662 AZN-dir.

İşləri “Harmony İndustrial Construction and Engineering Group” MMC həyata keçirəcək.

“Azərişıq” ASC və MMC arasında müqavilə bağlanıb.

Xatırladaq ki, 2024-cü ilin oktyabrında "Harmony İndustrial Construction and Engineering Group” MMC-yə inzibati protokol yazılıb. Protokol Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Orucov Əlövəst Bilal oğludur. Şirkət bir neçə iri məbləğli tenderlərin qalibi olub(pravda).




Bölməyə aid digər xəbərlər