16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rəhbər şəxslərə xəbərdarlıq edildi
Tarix: 23-01-2020 10:26 | Bölmə: Slayd
Rəhbər şəxslərə xəbərdarlıq edildi

Bakı Şəhər İcra Hakimiyyətində aparatın və struktura daxil təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə 2020-ci ildə iş, forma və metodlara, eləcə də fəaliyyətdə aşkarlığın daha da artırılması məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.

Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının apardığı çoxşaxəli islahatların bir çox neqativ halların qarşısını aldığını və bu sahələrdə şəffaflığın təmin olunduğunu bildirib. O, Prezident İlham Əliyevin rəhbər şəxslər qarşısında qoyduğu tələblərə toxunaraq bildirib ki, hər bir rəhbər işçi şəffaflıqla çalışmalıdır.

Struktura daxil olan xidmətlərin fəaliyyətindən danışan Eldar Əzizov qeyd edib ki, hər bir qurum xüsusilə maliyyə məsələlərinə çox ciddi yanaşmalı, ayrılan vəsaitlərdən səmərəli istifadə olunmalı, görülən işlər və xərclənən vəsait barədə məlumatlar mütəmadi olaraq kütləvi informasiya vasitəsi ilə ictimaiyyətə çatdırılmalıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}