Sabit Bağırov: “Bütün ev təsərrüfatlarına yardım edilməlidir”
Tarix: 30-03-2020 12:30 | Bölmə: Slayd
Sabit Bağırov: “Bütün ev təsərrüfatlarına yardım edilməlidir”

“Bu gün ən əsas məsələ ev təsərrüfatlarına yardımdır. Aydındır ki, yaxın 2 ayda ölkədəki ev təsərrüfatlarının azı 80 faizinə yardım edilməlidir. 80 faizin seçilməsi çox vaxt apara bilər. Çünki prinsiplər və yanaşmalar mübahisə potensialına malikdir. Ona görə də, hesab edirəm ki, yardım bütün ev təsərrüfatlarına edilməlidir. Kimin ehtiyacı yoxdursa, yardımdan imtina edə bilər”.

Reyting.az
xəbər verir ki, bunu ARDNŞ-in sabiq rəhbəri, iqtisadçı-ekspert Sabit Bağırov koronavirusla bağlı yaranmış iqtisadi çətinliklərdən çıxış yolu təklif edərkən deyib.

S. Bağırov qeyd edib ki, hökumət buna razı olarsa, ardınca digər iki məsələni həll etməli olacaq:

“Birinci məsələ yardımın həcmidir.

İkinci məsələ yardımın oğurlanmamasını təmin etməkdir”.

İqtisadçı-ekspertin sözlərinə görə, yardımın həcmini ev təsərrüfatı üzvlərinin sayına bağlamaq olar: “Bu zaman bir üzvə ayrılacaq yardımın həcmini 2 aylıq istehlak səbətinə uyğunlaşdırmaq mümkündür.

Yardımın oğurlanmaması üçün şəffaflığın ciddi şəkildə təmin edilməsi və qeyri-hökumət təşkilatlarının prosesə cəlb edilməsi vacibdir.

Yardımın digər müsbət tərəfi insanların alıcılıq qabiliyyətini təmin etməklə bazarda tələbatı və müvafiq olaraq istehlakçını dəstəkləməkdir. Bu məsələlər mütləq həll edilməlidir. Uzatmaq olmaz.

Mən detallara varmadım, çalışdım ki, yardım sxemi sadə olsun. Sadəlik müəyyən itkilər deməkdir, lakin qısa zamanda başlayıb, həyata keçirmək üçün əsasdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}