Vüqar Bayramov: “Krediti olanlara möhlət verilsin”
Tarix: 30-03-2020 13:14 | Bölmə: Slayd
Vüqar Bayramov: “Krediti olanlara möhlət verilsin”

“Kommersiya banklarından kredit götürən sahibkarlara və vətəndaşlara 3 ay möhlət verilməsi məqsəduyğundur”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

V. Bayramov qeyd edib ki, bununla bağlı dünya təcrübəsində nümunələr var: “3 ay müddətində kreditlərin gecikməsinə görə faiz və cərimələrin yazılmamasını təklif edirəm”.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}