Avropa İttifaqı Dağlıq Qarabağdakı saxta seçkilərlə bağlı bəyanat verib
Tarix: 31-03-2020 12:53 | Bölmə: Slayd
Avropa İttifaqı Dağlıq Qarabağdakı saxta seçkilərlə bağlı bəyanat verib

Avropa İttifaqı Azərbaycanın işğal altında olan ərazilərində keçirilən qondarma “prezident və parlament seçkiləri” ilə bağlı "Dağlıq Qarabağ: qondarma prezident və parlament seçkilərinə dair" bəyanat yayıb.

Bəyanatda Avropa İttifaqı təkrar bildirir ki, 31 mart 2020-ci il tarixində Dağlıq Qarabağdakı qondarma “prezident və parlament seçkiləri” konstitusiya və hüquqi çərçivəni tanımır.

Avropa İttifaqı bəyan edir ki, bu tədbir Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsinə və ya cari danışıqlar prosesinin nəticələrinə heç bir xələl gətirə bilməz.

“Avropa İttifaqı status-kvodan kənarda, hərtərəfli və davamlı sülh istiqamətində əhəmiyyətli danışıqlardan kənarda tərəqqinin əldə edilməsi üçün ATƏT-in Minsk qrupunun və xüsusilə də onun həmsədrlərinin göstərdikləri cəhdləri qəti şəkildə dəstəklədiyini xatırladır. Aİ Dağlıq Qarabağ münaqişəsinin erkən və sülh yolu ilə həllinə yönəlmiş cəhdləri dəstəkləməyə davam etməyə hazırdır", - deyə bəyanatda bildirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}